Icma.az
close
up
RU
Səbinə Əliyeva Baş Assambleyasının 18 ci toplantısında iştirak edib

Səbinə Əliyeva Baş Assambleyasının 18 ci toplantısında iştirak edib

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Çin Xalq Respublikasının Nankin şəhərində Çinin Milli Nəzarət Komissiyasının və Asiya Ombudsman Assosiasiyasının (AOA) təşkilatçılığı ilə qurumun İdarə Heyətinin 26-cı və Baş Assambleyasının 18-ci toplantısı keçirilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva AOA-nın vitse-prezidenti qismində sözügedən tədbirlərdə iştirak edib. 

XQ xəbər verir ki, toplantı zamanı Assosiasiyanın 2024-2025-ci illər üzrə fəaliyyətinə dair hesabat, o cümlədən audit hesabatı təsdiqlənib, həmçinin 2025-2026-cı illər üçün tədbirlər planı müzakirə olunub. İdarə Heyətinin növbəti 27-ci iclasının Honq Konqda keçirilməsi barədə qərar qəbul olunub. Assosiasiyanın İcraçı katibi Azərbaycan Ombudsman təsisatının aktiv fəaliyyətini vurğulayaraq, Ombudsman Aparatının təşkilatçılığı ilə keçirilən təlim və vebinarların üzv təsisatlar arasında təcrübə mübadiləsinə, həmçinin insan hüquqlarının spesifik istiqamətləri üzrə bacarıqların inkişaf etdirilməsinə xüsusi töhfə verdiyini bildirib. O, həmçinin Azərbaycan Ombudsmanının Assosiasiyanın İslamabadda yerləşən Resurs Mərkəzinə ziyarətini xatırlayaraq, Səbinə Əliyevanın təşəbbüsü ilə icra olunan layihələrin regional əməkdaşlığın gücləndirilməsində xüsusi rolu olduğunu bildirib.
Azərbaycan Respublikasının İnsan  Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva regionda insan hüquqlarının müdafiəsi və təşviqi baxımından Asiya Ombudsman Assosiasiyasının mühüm platforma olduğunu diqqətə çatdıraraq, təşkilat  çərçivəsində həyata keçirilən fəaliyyətlərdə gələcəkdə də aktiv iştirakın davam etdiriləcəyini bildirib, xüsusilə də əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, ayrı-seçkiliyin qarşısının alınması və korrupsiya ilə mübarizə sahələrində qabaqcıl təcrübələrin paylaşılması üçün birgə təşəbbüslərin və vebinarların əhəmiyyətini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri