Icma.az
close
up
RU
Səbinə Əliyeva İƏT Ombudsmanlar Assosiasiyasının iclasında iştirak edib

Səbinə Əliyeva İƏT Ombudsmanlar Assosiasiyasının iclasında iştirak edib

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İranda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) İdarə Heyətinin iclasında və Assosiasiyanın Baş Assambleyasında iştirak edib.

Missiya.Az xəbər verir ki, tədbirlərdə çıxışı zamanı Ombudsman Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həyata keçirilən fəaliyyətlərdə fəal şəkildə iştirak etdiyini, bir sıra mühüm qlobal tədbirlərə ev sahibliyi etdiyini bildirib.

Müvəkkil ötən il Assosiasiya çərçivəsində üzv təsisatlar arasında əlaqələrin gücləndirilməsi və birgə fəaliyyətin artırılmasından məmnunluqla bəhs edib, əhalinin həssas qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təşviqi istiqamətində işlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Ombudsmanının mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi üzrə həyata keçirdiyi fəaliyyəti, eləcə də təsisatın ötən müddətdə fəaliyyəti barədə məlumat verən Səbinə Əliyeva əhalinin həssas qruplarının hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlərdən, əldə olunmuş müsbət təcrübədən bəhs edib.

Müasir dövrün mühüm problemlərindən biri kimi məcburi miqrasiyanı xüsusi qeyd edən Səbinə Əliyeva Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma torpaqlarından zorla qovularaq qaçqın düşdüyünü və onların fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu bildirib.

Ombudsman həmin şəxslərin hüquqlarının müdafiəsi və doğma torpaqlarına qayıdışının təmini istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Müvəkkil Ermənistan tərəfindən ərazilərimizdə basdırılmış minaların insanların həyat və sağlamlıqlarının itirilməsinə səbəb olduğunu, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıdışı və təhlükəsiz yaşaması üçün ciddi təhdid yaratdığını, basdırılmış minaların dəqiq xəritələrinin hələ də ölkəmizə təhvil verilmədiyini bildirib.

Ombudsman bununla bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə müraciət etdiyini, bu problemin həlli istiqamətində əməli tədbirlərin görülməsi ilə bağlı çağırışlar edildiyini, lakin bu günədək hər hansı bir nəticənin əldə olunmadığını vurğulayıb.

İƏT OA çərçivəsində cari ildə məcburi miqrasiyaya dair maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyini vurğulayan Ombudsman bu təşəbbüslərin insan hüquqlarının qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Tədbirlərdə Assosiasiyaya üzv ölkələrin ombudsman və milli insan hüquqları təsisatları arasında əməkdaşlığın artırılmasının vacibliyi diqqətə çatdırılıb, qarşılıqlı fikir mübadiləsi və müzakirələr aparılıb.

Ombudsman, həmçinin beynəlxalq media nümayəndələrinə, eləcə də İran İslam Respublikasının yerli media nümayəndələrinə müsahibələr verib, ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://missiya.az
archiveBu xəbər 14 May 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri