Icma.az
close
up
RU
Səbinə Əliyeva Maltada beynəlxalq konfransda iştirak edib

Səbinə Əliyeva Maltada beynəlxalq konfransda iştirak edib

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Malta Respublikasında “Mürəkkəb dövrdə yaxşı idarəçiliyin dəstəklənməsi: Ombudsmanın rolu” mövzusuna həsr olunmuş beynəlxalq konfransda iştirak edib.

Malta Respublikasının dövlət və hökumət rəsmilərinin, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının iştirak etdiyi tədbirdə çıxışı zamanı Müvəkkil etik idarəetmə və yaxşı idarəçilik prinsiplərinin gücləndirilməsinin müasir dövrdə ictimai etimadın qorunması baxımından aktual məsələlərdən biri olduğunu qeyd edib.

Ombudsman çıxışında idarəetmə etikasının gücləndirilməsinin dövlət orqanlarının fəaliyyətinə ictimai etimadı möhkəmləndirdiyini və yaxşı idarəçiliyin davamlılığını təmin etdiyini bildirib. O, idarəetmə etikası ilə birlikdə qanunun aliliyi və insan hüquqlarına hörmət anlayışlarının həyata keçirilməsinin təşviqinin Ombudsman təsisatlarının əsas fəaliyyət istiqamətlərindən olduğunu da vurğulayıb.

Müvəkkil ölkəmizdə işgüzar idarəetmə etikası və yaxşı idarəçilik prinsiplərinin möhkəmləndirilməsinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu və Azərbaycan Ombudsmanının müvafiq istiqamətdə ardıcıl fəaliyyət göstərdiyini, dövlət proqramlarında, milli fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə mandatı çərçivəsində töhfə verdiyini söyləyib.

Ombudsman illik məruzəsində, habelə aidiyyəti dövlət qurumlarına təqdim olunan sorğu, təklif və tövsiyələrində idarəetmə etikasının inkişafı məqsədilə tamlıq, şəffaflıq və yaxşı idarəçilik prinsiplərinin möhkəmləndirilməsi və təkmilləşdirilməsi istiqamətində mühüm addımların öz əksini tapdığını vurğulayıb.

Səbinə Əliyeva müasir dövrdə qloballaşmanın və texnologiya sahəsinin, xüsusilə süni intellektin inkişafının idarəetmə etikasının təmin edilməsini daha da aktuallaşdırdığını bildirib. Ombudsman bu çağırışlara adekvat cavab olaraq rəqəmsal resurslardan geniş istifadə etməklə, ictimaiyyətin məlumatlandırılması və vətəndaşların müraciət imkanlarının asanlaşdırılması istiqamətində təşəbbüslərin həyata keçirildiyini diqqətə çatdırıb.

Səfər çərçivəsində Malta Respublikasının Prezidenti xanım Miriam Spiteri Debono Ombudsman Səbinə Əliyevanı və konfransın digər iştirakçılarını qəbul edib.

Ombudsman, eyni zamanda, konfransda iştirak etmiş rəsmi şəxslərlə görüşlər keçirib.

Hurriyyet.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Oktyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri