“Seçim etməli olsaq, Danimarkanı seçəcəyik” − Qrenlandiyanın baş naziri
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qrenlandiya hakimiyyəti ABŞ-nin bir hissəsi olmaq istəmədiklərini bildirib.
Yeniavaz.com xəbər verir ki, bunu Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen Kopenhagendə Danimarka Baş naziri Mette Frederiksen ilə birgə mətbuat konfransında çıxış edərkən deyib.
“Əgər burada və indi ABŞ və Danimarka arasında seçim etməli olsaq, Danimarkanı seçəcəyik. Bir şey hər kəs üçün aydın olmalıdır. Qrenlandiya ABŞ-yə məxsus olmaq istəmir. Qrenlandiya ABŞ tərəfindən idarə olunmaq istəmir. Qrenlandiya ABŞ-nin bir hissəsi olmaq istəmir”, - Baş nazir bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ-nin milli təhlükəsizlik maraqlarını əsas gətirərək adanı ilhaq etmək istəyini dəfələrlə bildirib. Ağ Ev adanı satın almağı təklif edib, lakin onu ilhaq etmək üçün güc tətbiq etmək ehtimalını istisna etməyib. Qrenlandiya Danimarkanın muxtar ərazisidir.
Bu mövzuda digər xəbərlər:Qrenlandiyanın Baş naziri: Danimarkanı seçəcəyik
13 Yanvar 2026 21:47
Trampdan Danimarkanı qəzəbləndirəcək sözlər
23 Dekabr 2024 15:17
Qrenlandiyanın baş naziri Trampla danışmağa hazırdır
10 Yanvar 2025 23:52
Qrenlandiyanın baş naziri Trampla görüşmək istəyir
22 Yanvar 2025 10:28
Azərbaycan XİN Danimarkanı təbrik edib
05 İyun 2025 13:25
Baxış sayı:98
Bu xəbər 13 Yanvar 2026 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















