Qrenlandiyanın baş naziri Trampla görüşmək istəyir
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Qrenlandiyanın baş naziri Mute Bourup Egede prezident Donald Trampla görüşmək istədiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Qrenlandiyanın ictimai yayımı KNR-nin xəbərinə görə, Egede paytaxt Nuukda Qrenlandiyanın xarici işlər naziri Vivian Motzfeldt ilə birgə mətbuat konfransı keçirib.
AA xəbərinə görə; ABŞ ilə danışıqların gələcəkdə də davam edəcəyini, hərbi və təhlükəsizlik mövzularında əməkdaşlıq edəcəyini bildirən Egede, ictimaiyyətə açıqlana bilməyən bəzi mühüm görüşlərin də keçirildiyini bildirib.
Egede, "Qrenlandiyanı ABŞ-ın nəzarəti altına almaq istədiyini" deyən Trampla görüş təşkil etməyə çalışdığını ifadə edərək, "Qrenlandiya haqqında danışmaq istəsələr, gərək ki, Qrenlandiya ilə danışsınlar" deyib.
Qrenlandiyanın ABŞ dövləti olma ehtimalını rədd edən Egede, "Qrenlandiya xalqı nə olmaq istədiklərini açıq şəkildə ifadə etməlidir. Biz nə danimarkalı olmaq istəyirik, nə də amerikalı"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 22 Yanvar 2025 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















