Seçkilərdə məğlubiyyətdən sonra hansı hissləri keçirdiyindən danışdı
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Macarıstanın Baş naziri Viktor Orban parlament seçkilərindəki məğlubiyyətindən sonra yaranan boşluqla necə mübarizə apardığından danışıb.
“Qafqazinfo” xəbər verir ki, “Patriota” portalına müsahibəsində Orban parlament seçkiləri günü ağrı hissi keçirdiyini bildirib.
“Əgər hisslərim barədə soruşsanız, deyə bilərəm ki, ağrı və boşluq hiss edirdim. Bazar günü yalnız ağrı hiss edirdim, bazar ertəsi isə boşluq, o vaxtdan əmək terapiyası ilə müalicə olunuram”, - siyasətçi deyib.
“Fidesz” partiyasının lideri bu boşluqdan qurtulmağa və ya onu doldurmağa çalışdığını əlavə edib.
Xatırladaq ki, aprelin 12-də Macarıstanda parlament seçkiləri keçirilib. Seçkilərin nəticələrinə əsasən, mühafizəkar siyasətçi və Avropa parlamentinin deputatı Peter Madyarın rəhbərlik etdiyi “Tisza” partiyası parlamentdə konstitusiya çoxluğunu əldə edib. 16 ildir hakimiyyətdə olan V.Orban rəsmən məğlubiyyətini etiraf edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 17 Aprel 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















