Icma.az
close
up
RU
“Sədərək” və “Binə”də “AzParking” tətbiq olunması ilə bağlı RƏSMİ AÇIQLAMA

“Sədərək” və “Binə”də “AzParking” tətbiq olunması ilə bağlı RƏSMİ AÇIQLAMA

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər gün "Sədərək" və "Binə" Ticarət Mərkəzlərinə alış-veriş, eləcə də iş yeri üçün yüzlərlə insan axın edir. Bakıda insanların ən sıx toplaşdığı bu nəhəng ticarət mərkəzlərinin girişi və ətrafı həm də çox sayda insanların avtomobillərinin parklanma yeridir. Avtomobilini burda saxlayan hər kəs parklanma üçün 50 qəpik ödəyir. Maşınların çoxluğu burada əsl nəqliyyat xaosu yaradır. Ticarət mərkəzinin rəhbərliyi isə bu xaosu idarə edə bilmir.

Maraqlıdır, paytaxtın müxtəlif məkanlarında yaradılan “AzParking” niyə burda təşkil olunmur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Razi Nurullayevə görə, bu məkanlarda "Azparking" xidmətinin qurulması vacibdir:

""Binə" və "Sədərək" Ticarət Mərkəzləri gündəlik on minlərlə insanın ziyarət etdiyi iri ticarət məkanlarıdır. Bu ərazilərə gələn vətəndaşların əksəriyyəti şəxsi avtomobillərindən istifadə edir və mərkəzlərin ətrafı böyük park zonasına çevrilib. Hazırda bu ərazidə saxlanılan hər bir avtomobil üçün sürücülərdən 50 qəpik məbləğində ödəniş alınır. Təəssüf ki, bu ödənişlərin hara və necə yönəldiyi barədə heç bir rəsmi məlumat mövcud deyil.

Məlum məsələdir ki, bu cür qeyri-rəsmi yığımlar kölgə iqtisadiyyatının bir hissəsini təşkil edir və nəzarətsiz qalması həm dövlət büdcəsinə ziyan vurur, həm də ictimai narazılığa səbəb olur. Məhz bu səbəbdən "Binə" və "Sədərək" Ticarət Mərkəzlərinin ətrafında "AzParking" sisteminin qurulması qəti surətdə vacib və zəruridir.

Qanunsuz ödənişlərin rəsmi çərçivəyə salınması və bu sahədə mövcud boşluqların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlar tərəfindən təcili tədbirlər görülməli və "AzParking" sisteminin bu ticarət mərkəzlərinin ərazisində tətbiqinə başlanmalıdır. Bu, həm iqtisadi baxımdan səmərəli, həm də sosial ədalətin təmin olunması baxımından doğru addımdır”.

AYNA niyə "Sədərək" və "Binə"də  parklanma yerləri yaratmır?

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətinin rəhbəri Tural Orucov isə Bizim.Media-ya bildirdi ki, AYNA tərəfindən parklanma yerləri dövlət avtomobil yollarının kənarlarında təşkil edilir:

“Mülkiyyət və ya icarədə olan hər hansı bir ərazidə AYNA tərəfindən parklanma yerləri təşkil olunmur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 May 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri