Sədr: Fermerləri narahat edən əsas məsələ təbiət hadisələrinin sığortada nəzərə alınmamasıdır
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Aqrar sığortanın tətbiqində çətinliklərlə rastlaşırıq. Ucqar ərazilərdə olan fermerlər aqrar sığortanın tətbiqinə inanmır”.
APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.
Sədr bildirib ki, maarifləndirməyə ehtiyac var: “Qarşıda görüləsi işimiz çoxdur. Sığortalanacaq predmetlərin əhatəsinin genişləndirilməsi vacibdir. Fermerləri narahat edən təbiət hadisələri bu gün sığorta təminatında deyil, amma biz bu istiqamətdə çalışırıq. Burda əsas məqsəd dövlət büdcəsində əlavə yük yaranmamasıdır. Təbiət hadisələrinin sığorta ilə əhatələnməməsi fermerləri əsas narahat edən məsələdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 23 Aprel 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















