Filarmoniyada Ceyla Seyidovanın Qış Tangosu konserti keçirildi FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidovanın "Qış Tangosu" konserti keçirildi. Gecə boyunca tanqo musiqisinin parlaq nümunələri səsləndi və dinləyicilərə unudulmaz emosiyalar yaşadıldı.
Tədbirin əvvəlində pianoçu Samirə Dbila-Budaqova konsertlə bağlı dinləyiciləri məlumatlandırdı. Konsert proqramında Piazzollanın "Fəsillər", "Ave Maria" (Azərbaycanda ilk dəfə), "Vuelvo al sur", "Rio sena", "Chau Paris", "Café 1930", "Oblivion", "Adios Nonino" və "Libertango" kimi məşhur əsərlər həmçinin, pianoçu Ruslan Ağababayevin sərbəst improvizasiyası təqdim olundu.
Konsertdə müxtəlif tərkibdə çıxış edən solistlər - Ülviyyə Dadaşova (piano), Aleksey Miltıx (violonçel), Nərgiz Kərimova (soprano), Samirə Aşumova (piano), Arslan Növrəsli (tar), Raul Hüseynov (bas gitara), Əyyub Əliyev (violonçel), Xəyal Əliyev (akkardeon) və Elvin Bəşirov (zərb alətləri) öz peşəkarlığı ilə seçildilər. Tədbirin xüsusi qonaqları "Baku Tango Embrace" rəqs qrupunun solistləri Vəcihə Səfərəliyeva və Kamran Babayev dinləyicilər tərəfindən maraqla qarşılandı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 11 Dekabr 2025 01:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















