Icma.az
close
up
RU
Şəfa axtararkən sağlamlığınızdan olmayın

Şəfa axtararkən sağlamlığınızdan olmayın

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Fəsil dəyişməsi ilə əlaqədar olaraq soyuqdəymə və qripdən əziyyət çəkənlərin sayı artıb.

Həkimlər orqanizmin müqavimətini gücləndirmək, immuniteti artırmaq, soyuqdəymə və qribin qarşısını almaq üçün sağlam qidalanmağın və mayedən çoxlu istifadə etməyin önəmli olduğu qeyd edirlər.

Fəsil dəyişkənliyi ilə əlaqədər yaranmış müxtəlif xəstəliklərin qarşısını almaq üçün mövsümə uyğun, hər növ tərəvəzdən istifadə etmək lazımdır. Məsələn, kök, ispanaq, kəvər soğanı, kələm, gül kələmi, qırmızı bibər, pomidor, balqabaq, kahı, tərə, cəfəri, limon, portağal, mandalin, kivi kimi maddələr mübadiləsini gücləndirən, tərkibində "A" və "C" vitamini olan qidalardan mütləq istifadə etmək lazımdır. Təzə sıxılmış meyvə şirələri müqaviməti artırır. Lakin meyvə şirələri sıxıldıqdan dərhal sonra içmək lazımdır ki, tərkibindəki "C" vitamini itməsin.

Bundan əlavə soğan və sarımsağın tərkibindəki sink, selenium və kükürdlü birləşmələr insanları müxtəlif infeksiyalardan və xərçəng xəstəliyindən qoruyur.

İmmunitet sistemini gücləndirən digər vitamin isə "E" vitaminidir. Yaşıl yarpaqlı tərəvəzlərdə, qoz, fındıq kimi bitki yağlarında, paxlakimilərdə yüksək miqdarda "E" vitamini var. Bu meyvə və tərəvəzlərdən doğru şəkildə istifadə etdikdə orqanizmin müqavimətini artırır.

Tərəvəz və meyvələrlə yanaşı tərkibində bol miqdarda omega 3 və "D" vitamini olan balıq müqaviməti artırır. Yumurtada, günəbaxan tumunda, yulafda, hinduşka ətində və qırmızı ətdə orqanizmin toxumalarına zərər verən maddələr var. Zeytun yağı, fındıq yağı kimi duru yağlarda olan "omega 9" yağ turşuları da həmçinin immuniteti gücləndirir. Tərəvəz, ət və yumurtanı müvafiq qaydada bişirməklə və sadaladığımız qidalardan düzgün istifadə etməklə orqanizmaya lazım olan vitamin və maddələri təmin etmiş olarıq.

Xüsusilə, payız və qış aylarında bitki çaylarından çox istifadə olunur. Bir çox faydalı bitkinin və ədviyyatın qarışığı ilə hazırlanan qış çayı xəstəliklərə, boğaz ağrısına, yorğunluğa, qarın ağrısına faydalıdır. Bu növ çaylar sakitləşdirici və rahatlaşdırıcı təsirə də malikdir. Bu çaylar xüsusilə zəncəfil, darçın, çobanyastığı, itburnu, cökə, ada çayı, nanə kimi bitkilərdən hazırlanır.

Lakin hər bitkinin faydası olduğu kimi əks təsirləri də var. Buna görə onlardan diqqətli şəkildə istifadə etmək lazımdır. Misal üçün zəncəfil öskürəyə, boğaz və qarın ağrısına xərçəngə qarşı qoruyucu və qanı durulducu təsirə malik olduğu məlumdur. Yüksək təzyiqi olan xəstələr kəklik otundan müəyyən miqdarda istifadə etməlidir. Müxtəlif dərmanlardan istifadə edən insanlar bitki çaylarından istifadə edərkən həkim məsləhəti almalıdır. Çünki  bir çox bitki dərmanlarla birlikdə istifadə edildikdə əks təsir göstərə bilər.

Bitki çaylarının keyfiyyəti də tərkibi qədər önəmlidir. Buna görə bitkiləri sərin və quru yerlərdə saxlamaq və mütləq son istifadə tarixinə fikir vermək lazımdır. Bitki çayını hazırlamaq üçün fincana bir qaşıq bitki qatışığı qoyulduqdan sonra isti su əlavə edərək, təxminən 3-4 dəqiqə gözlətmək sonra içmək lazımdır. Çünki, uzun müddət dəmləmək əks göstərici yarada və  bitkinin tərkibindəki vitaminlər itə bilir. Çayla birgə qənd istifadə etmək yerinə bala üstünlük versəniz öskürək probleminiz aradan qalxar.

Sağlam bir orqanizmə malik olmaq üçün gündə ən az 7 saat qaranlıq otaqda yatmaq lazımdır. Bundan əlavə stresdən uzaq, aktiv həyat tərzi sürmək ən vacib amillərdəndir. İdman da bədənin müqavimətini artıran ən önəmli fəaliyyət növüdür.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see695

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see656

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see391

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see245

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see241

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see237

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see212

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see201

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see197

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see197

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see188

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see188

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see183

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see181

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see180

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see165

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see165

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see165

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri