Icma.az
close
up
RU
Azərbaycan və Türkiyənin birlikdə hərəkət etməsi türk dünyasının inkişafına xidmət edir MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycan və Türkiyənin birlikdə hərəkət etməsi türk dünyasının inkişafına xidmət edir MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Əvvəla onu deyim ki, Azərbaycanla Türkiyənin münasibətləri hər baxımdan böyük önəm kəsb edir və bu münasibətlər əsrlərin sınağından uğurla çıxmış münasibətlərdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, uzun illər ərzində möhkəmlənən bu münasibətlər bir sıra vacib strateji layihələrin hesabına yeni səviyyəyə yüksəlib: "Belə layihələrdən biri də İğdır-Naxçıvan qaz kəməridir.

Prezident İlham Əliyevin Ankaraya səfəri, İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirakı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi ikitərəfli görüşlər hər iki ölkənin milli maraqları və strateji hədəfləri baxımından mühüm əhəmiyyət kəsb edir.

Məlumdur ki, təməli 25 sentyabr 2023-cü ildə Prezidentlər İlham Əliyev və Recep Tayyip Erdoğan tərəfindən qoyulan İğdır–Naxçıvan qaz kəmərinin uzunluğu 97,5 kilometrdir. Bunun 17,5 kilometri Azərbaycanın, 80 kilometri isə Türkiyənin ərazisindən keçir. Kəmər gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək gücünə malikdir ki, bu da Naxçıvanın qaz tələbatını tam şəkildə ödəyir.

Əvvəllər yalnız İran vasitəsilə həyata keçirilən qaz tədarükü Naxçıvanın enerji təhlükəsizliyini müəyyən risklərlə üz-üzə qoyurdu. Yeni kəmər bu riskləri minimuma endirərək Azərbaycanın öz resursları vasitəsilə muxtar respublikanı birbaşa təbii qazla təmin etməsinə şərait yaradacaq. Bu, muxtar respublikaya enerjini tədarükünü şaxələndirəcək və nəticədə Naxçıvana yalnız bir mənbədən olan enerji asılılığını aradan qaldıracaq".

Onun sözlərinə görə, digər tərəfdən isə bu kəmər həm də maliyyə baxımından daha sərfəlidir: "Belə ki, Naxçıvana İran üzərindən qazın nəqli olduqca baha başa gəlirdi. İran xidmət haqqını dünyada qəbul edilmiş qiymətlərdən daha yüksək təyin etmişdi və Azərbaycandan ötürülən qazın 15 faizini tuturdu.
Bu kəmərin açılışı ilə həm də Ermənistan növbəti dəfə mühüm bir regional layihədən kənarda qaldığına şahidlik etdik. Ermənistan özünün yalnış və destruktiv siyasəti ilə dalan dövləti olmaqda davam edir. Ermənistanın özünü təcrid siyasətini davam etdirməsi, nəqliyyat-kommunikasiya xətlərinin blokadadan çıxarılması və Naxçıvanla maneəsiz gediş gəlişin təmin olunması ilə bağlı üzərinə götürdüyü öhdəlikəri icra etməməsi bu ölkəni regional iqtisadi layihələrdən kənarda saxlayıb.

Ölkə başçısında çıxışında tarixə ekskurs edərək bildirdi ki, 1920-ci ildə bolşeviklər Qərbi Zəngəzuru Ermənistana qanunsuz olaraq verməklə Azərbaycanla Naxçıvan və Türk dünyası arasındakı quru əlaqəni kəsdilər. Bu fikirləri söyləməkdə məqsəd Zəngəzur dəhlizinin Naxçıvanla maneəsiz kommunikasiya xətti kimi açılmasının tarixi bir zərurət olduğunu və bundan yayınmağın Ermənistana müyəssər olmayacağını bir daha xatırlatmaq idi. Ankarada hər iki lider Türk dünyasının real qlobal güc mərkəzlərindən birinə çevrilməsi üçün Azərbaycan ilə Türkiyə arasındakı birlik və müttəfiqliyin daha da möhkəmləndirilməsinin vacib olduğunu bir daha vurğuladılar.

Azərbaycan və Türkiyə arasında həyata keçirilən, regionun uzunmüddətli inkişafı və sabitliyinə yönəlmiş bu kimi layihələrin icrası təkcə enerji deyil, həm də iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər açır və bununla da ümumilikdə regionun sabitliyinə və rifahına töhfə verir. Şübhə yoxdur ki, müasir geosiyasi reallıqlar fonunda Azərbaycan və Türkiyənin birlikdə hərəkət etməsi bütövlükdə türk dünyasının təhlükəsizliyinə və inkişafına xidmət edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Mart 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri