Icma.az
close
up
RU
Şəffaf təsir mexanizmi dövlətə təhlükə yox, təminatdır

Şəffaf təsir mexanizmi dövlətə təhlükə yox, təminatdır

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin dəyişməz prioriteti olduğunu bir daha açıq şəkildə vurğuladı. Dövlət başçısı korrupsiyanın yalnız fərdi pozuntu kimi deyil, qərarların legitimliyini, idarəetmənin keyfiyyətini və cəmiyyətin dövlətə etimadını sarsıdan sistem riski olduğunu xüsusi qeyd etdi.
Uzun illər korrupsiyaya qarşı layihələr, qanunvericilik təşəbbüsləri və institusional təhlillərlə məşğul olan biri kimi deyə bilərəm ki, ən böyük problemlər açıq pozuntulardan yox, tənzimlənməyən və gizli təsir mexanizmlərindən yaranır.
Məhz bu kontekstdə əsas sual meydana çıxır: dövlət qərarları hansı mexanizmlər vasitəsilə formalaşır, bu qərarlara kimlər, hansı əsaslarla və hansı maraqlar naminə təsir göstərir? “Lobbiçilik” anlayışına münasibət də emosional yanaşmadan çıxarılaraq məhz bu institusional çərçivədə qiymətləndirilməlidir.
Azərbaycanda “lobbiçilik” anlayışı hələ də ehtiyatla, bəzən isə açıq qorxu ilə qarşılanır. Cəmiyyət bu anlayışı qanuni və legitim təsir mexanizmi kimi deyil, daha çox qeyri-rəsmi, pərdəarxası təsir aləti kimi tanıyır. Bunun səbəbi lobbiçiliyin mahiyyətində deyil; səbəb onun uzun illər şəffaflıqdan kənar və hüquqi çərçivəsiz mövcud olmasıdır.Problem lobbiçiliyin özündə deyil.Problem onun gizli və tənzimlənməyən formada həyata keçirilməsindədir.
Dövlət qərarları necə formalaşmalıdır?

Prezidentin çıxışlarında dəfələrlə vurğulanan əsas xətt aydındır. Qəbul edilən qərarların əhəmiyyətli hissəsi ictimai rəyin, açıq müzakirələrin və cəmiyyətdən gələn siqnalların nəticəsi olmalıdır. Bu yanaşma müasir dövlət idarəçiliyinin əsas prinsipini ifadə edir:Qərarlar qapalı kabinetlərdə deyil, açıq təsir və ictimai iştirak mühitində formalaşmalıdır.Bu prinsip lobbiçilik məsələsinə də birbaşa tətbiq olunur. Əgər müəyyən maraq qrupları dövlət qərarlarına təsir göstərirsə, bu təsir açıq, əsaslandırılmış və cavabdeh mexanizm üzərindən həyata keçirilməlidir. Əks halda proses institusional çərçivədən çıxır, şəxsi münasibətlər və qeyri-rəsmi əlaqələr müstəvisinə keçir.
Arqumentlə təsir və iradənin satın alınması arasındakı fərq

Lobbiçilik arqumentlə təsirdir, korrupsiya isə iradənin satın alınmasıdır. Bu fərq nəzəri deyil, praktik və institusional mahiyyət daşıyır. Dövlət qərarının arqumentlə dəyişməsi legitimdir. Qərarın gizli razılaşma, açıqlanmayan maraqlar və qeyri-şəffaf təsir yolu ilə yönləndirilməsi isə artıq fərdi pozuntu yox, institusional risk yaradır.
Əgər kiminsə hansı qərara niyə təsir etdiyi bilinmirsə, hansı marağın üstün tutulduğu açıqlanmırsa,qərarverici bu təsiri gizlədirsə,orada demokratik qərarvermədən danışmaq mümkün deyil. Belə hallarda etimad aşınır, məsuliyyət mexanizmləri sıradan çıxır.
Şəffaf lobbiçilik dövləti zəiflətdirmir

Bəzən belə düşünülür ki, lobbiçiliyin açıq şəkildə tənzimlənməsi dövlət hakimiyyətini zəiflədə bilər. Əslində isə tam əksidir. Şəffaf lobbiçilik qərarvericini arqumentlə işləməyə məcbur edir,maraqların toqquşmasını görünən edir,
qeyri-rəsmi təsiri rəsmi məsuliyyət altına alır.
Prezidentin idarəçilik yanaşmasında da bu xətt açıq görünür. Güclü dövlət ictimai nəzarətdən və açıq təsirdən qorxmur. O, bu təsiri idarə olunan, ölçülə bilən mexanizmə çevirir. Bu baxımdan lobbiçiliyin qanunla tənzimlənməsi zəiflik yox, dövlətin özünə inamının göstəricisidir.
Ən təhlükəli variant: tənzimlənməyən lobbiçilik

Qanunla tənzimlənməyən lobbiçilik öz-özünə yox olmur. O, sadəcə kölgəyə çəkilir. Kölgədə qalan təsir mexanizmləri isə: ictimai nəzarətdən kənarda qalır,şəxsi əlaqələr üzərindən işləyir,korrupsiyanın institusional formasına çevrilir.
Bu halda problem artıq ayrı-ayrı şəxslərin davranışı deyil, dövlət qərarlarının keyfiyyəti məsələsinə çevrilir. Məhz bu səbəbdən korrupsiya ilə mübarizə yalnız cəza tədbirləri ilə deyil, təsir mexanizmlərinin şəffaflaşdırılması ilə aparılmalıdır.
Beləliklə, alternativ yoxdur. Reallıq sadədir və alternativsizdir.Lobbiçilik ya qanuniləşdirilərək açıq, şəffaf və cavabdeh mexanizmə çevrilir,ya da kölgədə qalaraq korrupsiyanın adını dəyişmiş forması olur.Üçüncü yol mövcud deyil.Əgər dövlət qərarlarına təsir göstərən maraqlar açıqlanmırsa,əgər arqument yox, əlaqə əsas rol oynayırsa,
əgər proses ictimai müzakirədən kənarda baş verirsə, orada lobbiçilikdən danışmaq sadəlövhlükdür.
Orada adı ilə çağırılmalı olan bir anlayış var: institusional korrupsiya.
Əliməmməd Nuriyev, Konstitusiya Araşdırma Fondunun prezidenti
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Yanvar 2026 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri