Icma.az
close
up
RU
Səfikürddə məktəb yoluna yeni nəfəs

Səfikürddə məktəb yoluna yeni nəfəs

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Goranboy rayonunun Səfikürd kəndində sakinlərin uzun illərdir gözlədiyi mühüm infrastruktur layihəsinə başlanılıb. Goranboy Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi, şəhid ailələrinin “Azəravtoyol” ASC-yə ünvanladığı birgə müraciət və Səfikürd bələdiyyəsinin təşkilatçılığı ilə kənd tam orta məktəbinə gedən avtomobil yolunun asfaltlanması işlərinə start verilib.

Layihə çərçivəsində Goranboy–Aşağı Ağcakənd avtomobil yolundan başlayaraq kəndin mərkəzində yerləşən tam orta məktəbə qədər olan hissə əsaslı şəkildə yenidən qurulacaq. Hazırda ərazidə müvafiq texnikalar cəlb olunaraq yolun hamarlanması və asfalt örtüyünə hazırlanması işləri görülür.

Bu yol kənd üçün sadəcə bir nəqliyyat vasitəsi deyil, həm də yüzlərlə məktəblinin, müəllimin və valideynin gündəlik hərəkət etdiyi əsas marşrutdur. Xüsusilə payız-qış aylarında çətin keçilən bu yolun yenilənməsi kəndin təhsil infrastrukturuna böyük dəstək olacaq.

Sakinlər və məktəb kollektivi görülən işləri razılıqla qarşılayır, bu təşəbbüsə görə dövlət rəhbərliyinə və dəstək göstərən bütün qurumlara təşəkkürlərini bildirirlər.

Qeyd edək ki, bu təşəbbüs həm də şəhid ailələrinin birliyi və ictimai fəallığının nəticəsi kimi dəyərləndirilir. Onların səsi eşidildi və nəticə olaraq kəndin gələcəyi naminə mühüm bir problem həll yoluna qoyuldu.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 İyul 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri