Icma.az
close
up
RU
Gürcüstandakı Azərbaycandilli məktəb bağlananacaq? Biz Azərbaycanla nəfəs alırıq

Gürcüstandakı Azərbaycandilli məktəb bağlananacaq? Biz Azərbaycanla nəfəs alırıq

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Gürcüstanda 500 mindən artıq azərbaycanlı yaşayır. Qonşu ölkədə Azərbaycan dillində fəaliyyət göstərən 120-dək məktəb var. Həmin təhsil ocaqlarından biri də Dmanisi rayonunun Aşağı Oruzman kəndində yerləşir. Məktəbin direktoru İslam Məmmədov Aşağı Oruzmandakı azərbaycanlıların təhsil şəraiti, dərslik və müasir avadanlıqla təchizat məsələləri ətrafında Modern.az-a danışıb. Onunla müsahibəni təqdim edirik:

- İslam müəllim, əvvəla azərbaycanlıların təhsil şəraiti ilə bağlı hazırkı vəziyyəti bilmək istərdik...

- Vəziyyət belədir ki, hazırda qonşu Mtisziri kəndindən də bizə uşaqlar gəlir. Onlarla bizim aramızda Yuxarı Oruzman kəndi yerləşir. Yəni ora Mtisziriyə daha yaxındır. Dərsin keyfiyyətinə görə isə onlar gəlib bizdə oxuyurlar. Mtisziridə məktəb yoxdur, uşaqlara da avtobus ayrılmır. Amma onlar haradasa oxumalıdırlar, valideynlər də bizi seçirlər. Biz onlara şərait yaradıb marşrut avtobusu ayırmasaq, Azərbaycan tərəfi, səfirlik və ya Diasporla İş üzrə Dövlət Komitəsi kömək etməsə, Mtisziri sakinləri uşaqlarını qeyri-Azərbaycan dilli məktəblərə qoyacaqlar. Narahatlığımız budur ki, kontingent çatışmazlığı üzündən daha bir Azərbaycan dilli məktəb - Aşağı Oruzman məktəbi bağlana bilər. 

1978-ci ilin 2 yanvarında kəndimizdə çox güclü zəlzələ oldu. Zəlzələ nəticəsində məktəb binası dağıldı. O zaman Gürcüstanın Nazirlər Sovetinə, Mərkəzi Komitəyə məktublar yazdıq. Kommunist Partiyasının o vaxtkı ikinci katibi Gennadi Kolbin söz verdi ki, sizə məktəb tikiləcək. Məktəbin binasını elə yerə salmaq istədilər ki, camaat etiraz etdi. O vaxt məktəb direktoru mənim rəhmətlik əmim Adil Məmmədov idi. Əmim dedi ki, bu məsələni ancaq Heydər Əliyev həll edə bilər. Məktub yazıb Bakıya gedən tələbəyə verdik. Poçtalyona da tapşırdıq ki, məktub gəlsə, heç kimə verməsin, özümüzə çatdırsın. Aradan heç bir həftə keçmədi, Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Eduard Şevardnadzedən məktub gəldi ki, sizin Heydər Əliyev yoldaşa göndərdiyiniz müraciətə cavab olaraq bildiririk ki, yaxın günlərdə sənədlər hazırlanacaq, məktəbin tikintisinə başlanılacaq. Təsəvvür edin, 1985-ci ildə 4-5 ay ərzində ikimərtəbəli, zirzəmisi olan məktəbi tikib sentyabrın 1-nə təhvil verdilər. Bütün kənd əhalisi bilirdi ki, bu, Ulu öndərimiz Heydər Əliyevin xidmətidir. Allah ona rəhmət eləsin. Keçid dövründə xeyli adam kəndi tərk elədi. Sonradan bəziləri geri qayıtdı. Keçid dövründə bizim məktəb orta məktəbdən ibtidai məktəbə çevrildi. Mən həm deputat, həm də kənd soveti sədrinin müaviniydim, imkanlarımdan istifadə edib məktəbi əvvəlcə natamam, sonra orta məktəb etdim. Bu gün də məktəbimiz fəaliyyətini davam etdirir. Özüm də Gürcüstanın Əməkdar müəllimi adına layiq görülmüşəm. Azərbaycanlıların kompakt yaşadığı bir neçə rayon var və mənim hamısı ilə əlaqəm mövcuddur. Bizim məktəbimiz yeganədir ki, rayon mərkəzindən də  uşaqlar bura oxumağa gəlirlər. Məktəbimizin yaxşı nəticələri var. Mtisziri kəndindən gələn uşaqlar üçün marşrut məsələsini iki il əvvəl Diaspor Komitəsi həll etdi. Amma indi yenə eyni problemlə üz-üzəyik.

- Təhsillə bağlı aidiyyəti qurumlarla məktəbin əlaqələri hansı səviyyədədir?

- Çox yaxşıdır. Gürcü məktəblərinə nə edirlərsə, hansı inventar verirlərsə, bizə də eyni münasibət göstərilir. Məktəbin özünün büdcəsi var. Rayonumuzda 27 məktəb var ki, onlardan 17-si Azərbaycan, 9-u gürcü, 1-i rus dillidir. Təhsil Nazirliyi ilə əlaqələrimiz var. Nə istəsək, qanun çərçivəsində həll edirlər. Mtisziri kəndindən olan sagirdlərin nəqliyyatla təminat məsələsi isə açıq qalır. Qanuna görə, şagirdlər yaşayış məntəqəsinə ən yaxın məktəbə qədər nəqliyyatla təmin olunmalıdırlar. Başplem dediyimiz kənddə məktəb vardı. Keçid dövründə oranı uçurub dağıtdılar. İndi məktəb yoxdur. Şagirdlərin yarısı bizim məktəbə gəlir, yarısı da Yuxarı Oruzman məktəbinə gedir ki, ora nəqliyyat vasitəsi dövlət tərəfindən təmin olunur. Bizim məktəb yeganə məktəbdir ki, həmin kənddən də bizə gəlmək istəyirlər. Ancaq həmin kənddən ancaq 2 şagirdi məktəbimizə qəbul etmişik.   

- Sizi rəsmi tədbirlərə dəvət edirlərmi?

- Bəli, müxtəlif tədbirlərə dəvət olunuram və dəvət olunduğum bütün tədbirlərdə imkan daxilində yaxından iştirak edirəm. 

- Səfirliyə və Diaspor Komitəsinə etdiyiniz müraciətlərə necə, cavab alırsınız?

- Bizim müəllimlər neçə ildir öz ciblərindən pul xərcləyib Armudludan gəlib-gedirdilər. Onları gətirən avtobusun pulunu verirdik. Uşaqlar məktəbə gəlsin deyə 20, 30 lari - kimin qolundan nə çıxırdı verirdi, yerdə qalanı da öz cibimdən ödəyirdim. Orada xanım müəllim var, riyaziyyatdan dərs deyir. Bu gün Gürcüstanda riyaziyyat müəllimi tapılmır. Bizim əsas problemimiz nədir, biz indi yaşlaşmışıq, bir müddət sonra fizika, riyaziyyat, kimya fənlərindən dərs deyəcək azərbaycanlı müəllim tapılmayacaq. Digər müraciətlərimizə Azərbaycan səfirliyindən və Diaspor Komitəsindən müsbət cavab verilir. Amma avtobus məsələsi ilə bağlı səfirlikdən dedilər ki, buna imkanları çatmır. Özüm səfirdən xahiş etdim ki, merlə danışsın, bu məsələ birdəfəlik həll olunsun. Ora-bura getməyək, kimlərdənsə pul yığmayaq. Diaspor Komitəsi dəstək oldu. Sürücü ayda 1000 lari istəyir ki, bu da 300 dollardan artıq edir. Yollar pisdir. Azərbaycana baxmayın, orada milli valyuta sabitdir. Bizdə isə lari gah düşür, gah qalxır. İndi çox düşüb, bahalıq var, qiymətlər kəllə-çarxa qalxıb. Ona görə biz sürücüyə 600 lari istədik. Diaspora Dəstək Fondu 300 lari ödədi. İndi yenidən məktəbin adından Diaspor Komitəsinə müraciət etmişəm, görək nə olacaq...  Heç olmasa, 300 dollar ödənilsə, uşaqlar məktəbə gələ bilərlər. Yollar pisdir, sahibsz itlər şagirdlər üçün piyada gəlməyə ciddi təhlükədir. 
Düzdür, bura vətənimizdir, torpağımızdır, amma Bakı ilə nəfəs alırıq. 44 günlük müharibədə əldə edilən qələbədən sonra bizə olan münasibət tamam dəyişib, ayrı cürdür. Bu yaxınlarda Gürcüstan mediasında bizim məktəbin uğurlarına geniş yer verildi. Haqqımda film çəkdilər.

- Dərsliklərlə təmin olunursunuzmu?

- Dərsliklərlə tam təmin olunuruq. Amma bir problem var. Belə ki, "Əlifba" dərsliyi Gürcüstanda yox, Azərbaycanda çap olunur. 10-15 il əvvəlin "Əlifba" dərslikliyindən istifadə edirik. Azərbaycanda məktəbəqədər təhsil müəssisələri var. Bizdəki məkətəbəqədər təhsil müəssisələri isə gürcü dilindədir. İndiki merimiz sağ olsun, əvvəl bizim kəndlərdə bağça deyilən şey yox idi. İndi Yırğançay və Hamamlı kəndlərinin hər birində 150 yerlik bağça tikilir.  Amma Azərbaycan dilli kəndlərin hər birində, o cümlədən bizdə uşaqları öyrətmək üçün Misir Mərdanovun vaxtında çap olunan "Əlifba" kitablarından istifadə olunur ki, bu da çox çətinliklər yaradır.

- Məktəbin müasir avadanlıqlarla təchizatı nə yerdədir? 

- Yazırıq ki, məsələn, 10 löhvə, 100 parta lazımdır, göndərirlər. Üstəgəl məktəbin büdcəsi var. Mənim ixtiyarım yoxdur ki, ondan avtobusa ödəyim. 200 min lariyə yaxın vəsait var. Hardasa 70-80 min dollar edir. Bizdə yüksək dağlıq ərazidir, camaatın iş yerləri yoxdur, çox kasıb dolanırıq. 

Səfirliyə müraciət etmirik. Onlar büdcələrində pullarının olmadığını deyiblər. Biz Azərbaycanla nəfəs alırıq. Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbəsinə hamıdan çox bəlkə də biz sevindik. Azərbaycan xalqı, ordusu və Prezidenti yenilməzdir. Azərbaycanın sayəsində bizim kəndimiz bu gün riyaziyyat müəllimi axtarışında deyil. Halbuki bir sıra Azərbaycandilli məktəblərdə riyaziyyat müəllimini əl-əl gəzirlər.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Sentyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri