Səfir: Azərbaycan yaşıl inkişaf strategiyasını fəal şəkildə davam etdirir
Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tacikistanın paytaxtı Düşənbədə “SPECA regionunda yaşıl inkişaf” mövzusunda İqtisadi Forum keçirilib.
Səfirlikdən “Report”a verilən məlumata görə, tədbirdə Azərbaycanı bu ölkədəki səfirimiz Əlimirzamin Əskərov təmsil edib.
Diplomat tədbirdə çıxışında forumun region ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi, davamlı və yaşıl gələcək üçün yeni təşəbbüslərin inkişaf etdirilməsi istiqamətində mühüm rol oynadığını vurğulayıb.
Ə.Əskərov iqlim dəyişikliyi, təbii ehtiyatların tükənməsi və davamlı iqtisadi artım modellərinə keçidin təcili zərurəti kimi hazırda üzləşilən qlobal çağırışlar nəzərə alınmaqla "SPECA Regionunda Yaşıl İnkişaf" mövzusunun uyğun zamanda müzakirə edildiyini diqqətə çatdırıb.
Səfir bu keçidə nail olmaq üçün təkcə enerji sistemlərinin transformasiyasını deyil, həm də resursların davamlılığı, ekosistemin qorunması və “yaşıl” sektorda yeni məşğulluq imkanlarının yaradılması üçün innovativ strategiyaların qəbuluna ehtiyac olduğunu vurğulayıb.
Diplomat bu sahədə öz məsuliyyətini dərk edən Azərbaycanın enerji səmərəliliyinin artırılmasına, bərpa olunan enerji mənbələrinin inkişafına və karbon qazının azaldılmasına yönəlmiş yaşıl inkişaf strategiyasını fəal şəkildə davam etdirdiyi və təşəbbüsü ilə strateji yaşıl maliyyələşdirmə proqramlarında iştirak etdiyi də vurğulayıb.
Səfir qeyd edib ki, SPECA regionu yaşıl inkişaf sahəsində inteqrasiya olunmuş və qarşılıqlı faydalı həllərin inkişafı üçün əhəmiyyətli potensiala malikdir:
“Səylərin birləşdirilməsi təbii ehtiyatlardan səmərəli istifadəni təmin edə, karbon emissiyalarını azalda və ekoloji problemlər qarşısında iqtisadiyyatların dayanıqlığını artıra bilər. Azərbaycan ümumi məqsədlərə nail olmaq üçün öz təcrübəsini və resurslarını təklif edərək bu proseslərdə fəal rol oynamağa davam etməyə hazırdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 27 Noyabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















