Icma.az
close
up
RU
Azərbaycan iqlim diplomatiyasını fəal şəkildə davam etdirir

Azərbaycan iqlim diplomatiyasını fəal şəkildə davam etdirir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vyana, 10 iyul, AZƏRTAC

Vyanada keçirilən 9-cu OPEC Beynəlxalq Seminarının ikinci günü iqlim dəyişikliklərinə qarşı mübarizə, dekarbonizasiya, yaşıl enerji texnologiyaları və davamlı inkişaf üçün həllər kimi mövzular əsas müzakirə mövzuları sırasındadır. Xüsusilə qeyd edilib ki, hazırda dünya əhalisinin 10 faizinin elektrik enerjisinə çıxışı yoxdur və 2 milyard insan hələ də elektrik enerjisi yoxsulluğu içərisində yaşayır.

AZƏRTAC xəbər verir ki, “COP29-dan COP30-a gedən yol” adlı podium diskussiyasında Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxışında COP29-da iqlim maliyyəsi üçün qəbul edilmiş qərarlar, eləcə də əhalinin elektrik enerjisi ilə təminatı üçün görülən işlərdən danışıb.

Bildirilib ki, Afrika ölkələri və inkişaf etməkdə olan kiçik ada ölkələri kimi zəif inkişaf etmiş ölkələrdə elektrik enerjisinə çıxışın təmin olunması iqlim diplomatiyasının əsas istiqamətləri sırasındadır. COP29 çərçivəsində donor ölkələrə, beynəlxalq maliyyə institutlarına və çoxtərəfli inkişaf bankları ilə iş aparılır ki, bu sahələrə maliyyə dəstəyi göstərmək üzrə öhdəliklərini yerinə yetirsinlər: “Eyni zamanda, Dünya Bankı bu sahədə əsas rol oynayır – bank sektoru vasitəsilə Afrikada 300 milyon insana elektrik təmin etməyi hədəfləyən iri layihəni həyata keçirmək niyyətindədir”.

Diqqətə çatdırılıb ki, belə bir layihənin qəbul edilməsi asan, lakin icrası olduqca mürəkkəbdir.

M. Babayev vurğulayıb ki, COP29 sonrası dövrdə və digər maraqlı tərəflər üçün bu proqramların həyata keçirilməsi daha vacib olub. Bu səbəbdən 2025-ci il ərzində və COP tədbiri çərçivəsində Braziliyada aparılan aylıq müzakirələr daha çox icra məsələlərinə yönələcək. Çünki Dubayda enerji keçidi ilə bağlı böyük proqram, Bakıda isə iqlim maliyyəsi ilə bağlı irimiqyaslı proqram qəbul olunub. O bildirib ki, Bakıda əldə olunan nəticələr xüsusilə maliyyə məsələləri baxımından mühüm əhəmiyyət daşıyır. İndi hərəkətə keçmək, qəbul edilmiş proqramları icra etmək vaxtıdır: “Bakıda, həmçinin "Bakıdan Belemə Yol Xəritəsi" adlı proqram da qəbul olunub. COP29 və COP30 komandaları birgə şəkildə 2025-ci ilə qədər mövcud 301 trilyon dollarlıq maliyyə boşluğunu necə doldurmaq barədə xüsusi yol xəritəsi hazırlamalıdır. Bu proqramda biz Braziliya ilə birlikdəyik. Braziliyalılar müxtəlif mənbələrdən – dövlət sektorundan, özəl sektordan, çoxtərəfli inkişaf banklarından, beynəlxalq maliyyə institutlarından, Cənub-Cənub əməkdaşlığından və digər mümkün investisiya mənbələrindən maliyyə arxitekturasının qurulması üzərində işləyirlər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri