Səfir: Xəzərin problemlərini Azərbaycanla fəal şəkildə müzakirə edirik
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
"Xəzər dənizi ilə bağlı məsələlər həm Azərbaycan, həm də Qazaxıstan üçün son dərəcə vacibdir".
Oxu.Az xəbər verir ki, bu sözləri Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Baku TV-yə müsahibəsində deyib.
Səfir bildirib ki, Xəzər beynəlxalq nəqliyyat marşrutlarının keçdiyi mühüm məkandır, bu dənizdə suyun səviyyəsinin azalması ciddi narahatlıq doğurur.
O vurğulayıb ki, Qazaxıstan və Azərbaycan hazırda Xəzər dənizinin problemlərini fəal şəkildə müzakirə edirlər və bu məsələnin apreldə Qazaxıstanda keçiriləcək sammitdə geniş şəkildə müzakirə olunacağı gözlənilir:
"Ümid edirik ki, həmin sammitdə cənab Prezident İlham Əliyev də iştirak edəcək. Bir sıra ekoloji problemlər, o cümlədən Xəzər dənizinin problemləri müzakirə olunacaq".
Qazaxıstanın ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə böyük önəm verdiyini vurğulayan səfir qeyd edib ki, yaxın vaxtlarda ölkəsində yeni konstitusiyanın qəbuluna dair ümumrespublika referendumu keçiriləcək:
"Konstitusiyada ilk dəfə olaraq vətəndaşların təbiəti qorumaq və təbii sərvətlərə qayğı ilə yanaşmaq öhdəliyi təsbit ediləcək".
Səfir həmçinin Birləşmiş Millətlər Təşkilatı çərçivəsində beynəlxalq su təşkilatının yaradılması təşəbbüsünü də qeyd edib:
"Ümid edirik ki, bu qurum yaradılarsa, beynəlxalq ictimaiyyətin su ilə bağlı bütün məsələlər üzrə səylərin koordinasiyası mümkün olacaq. Azərbaycanın da bu təşəbbüsü dəstəkləyəcəyinə çox ümid edirik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 18 Fevral 2026 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















