Icma.az
close
up
RU
“Səfir bununla diqqəti yayındırmağa çalışdığını zənn edir”

“Səfir bununla diqqəti yayındırmağa çalışdığını zənn edir”

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Özünün sıradışı gedişləri ilə Güney Qafqazda xalqlar arasında anlaşma və sülhü əngəlləyən Fransanın davranışları heç kimi təəccübləndirmir. Bu dövlətin Prezidenti Emmanuel Makron başda olmaqla yüksək vəzifəli rəsmilər bir qayda olaraq guya ermənilərə yardım etmək üçün Azərbaycana “sataşmağı” özlərinə adət ediblər”.

Bunu xalqcəbhəsi.az-a siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi indi də Fransanın İrəvandakı səfiri Olivye Dekotininin (Olivier Decottignies) öz ağlınca Azərbaycana dil uzatdığını qeyd edib: “O, sosial media hesabında hazırda İranın nəzarətində olan və rəsmən “Qərbi Azərbaycan” adlandırılan ostanın xəritəsini paylaşaraq ingilis dilində “The one and only” (Tək və yalnız) qeydli paylaşım edib. Səfir bununla Azərbaycan Respublikasında və dünya Azərbaycanlıları arasında geniş müzakirə mövzusu olan və hazırda Ermənistan adlanan ərazinin əsl Qərbi Azərbaycan olmasından diqqəti yayındırmağa çalışdığını zənn edir. Halbuki, bu adam özü də bilmədən Qərbi Azərbaycanın həm də İranın nəzarətindəki hissəsinə diqqət çəkib. Nə deyirik ki, sağ olsun. Olivye Dekotini kimi “diplomatları” maarifləndirmək bizim işimizdir. Ona izah edirik ki, Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil. Tarixi Qərbi Azərbaycan Quzeydə Ermənistandan başlayaraq Güneydə onun xəritəsini dərc etdiyi sözügedən ostanı da öz içinə alır. Yəni o, öz fransızsayağı gedişi ilə Qərbi Azərbaycanı bölməyə çalışıb, amma bilmədən Azərbaycanın bu böyük bölgəsinin də bütövlüyünə diqqət cəlb edib. Bunda da bir xeyir var əlbəttə”.

Onu da əlavə edək ki, Azər Həsrət səfirin paylaşımına cavab da verib və Qərbi Azərbaycanın Güneyini xatırlatdığına görə ona təşəkkür edib: “Səfir, sadəcə sizi maarifləndirmək üçün, bu, Qərbi Azərbaycanın Güney kəsimidir. Qərbi Azərbaycanın bütün ərazisi bugünkü Ermənistanı və o ostanı birlikdə əhatə edir. Ona görə də biz sizə Qərbi Azərbaycanın Güney kəsimini xatırlatdığınız üçün minnətdarıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 Noyabr 2024 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri