Qətər İran İsrail münaqişəsinin həlli üçün çalışdığını bildirib
Icma.az, Bizimyol saytına istinadən bildirir.
Bizimyol.info xəbər verir ki, bunu Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani deyib.
Qətərin baş naziri İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşündə Dohanın "tərəfdaşları ilə birlikdə mübahisəli məsələlərin həlli və regionda, eləcə də dünyada təhlükəsizliyin gücləndirilməsi üçün bütün tərəflər arasında dialoqun bərpası üçün fəal səylər göstərdiyini" vurğulayıb.
O, bir daha qeyd edib ki, Qətər İsrailin İrana qarşı təcavüzünü qətiyyətlə pisləyir və bunu beynəlxalq hüququn kobud şəkildə pozulması hesab edir.
İyunun 17-də baş nazirin müşaviri, Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, Doha İran və İsrail arasında münaqişənin həlli üçün qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, Qətər də ABŞ da daxil olmaqla, tərəfdaşları ilə böhranı həll etmək üçün çalışır.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 21 İyun 2025 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















