Icma.az
close
up
RU
Səfir: İndiyədək 273 ukraynalı uşaq Azərbaycanda reabilitasiya keçib

Səfir: İndiyədək 273 ukraynalı uşaq Azərbaycanda reabilitasiya keçib

Icma.az, Apa.az saytına istinadən bildirir.

Ukraynanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə "Gələcəyin insanları" layihəsi çərçivəsində tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə bildirilib ki, Rusiya-Ukrayna müharibəsində valideynlərini itirmiş 29 uşaq hazırda Azərbaycanda reabilitasiya prosesini keçir.

Tədbir Ukraynanın Xarici İşlər Nazirliyi və bu ölkənin Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Husyev deyib ki, "Gələcəyin insanları" layihəsi çərçivəsində indiyədək 273 ukraynalı uşaq Azərbaycanda reabilitasiya keçib:

"Ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası üzrə layihə ölkəmizdə genişmiqyaslı müharibənin başlandığı dövrdən strart götürüb. İndiyədək layihə çərçivəsində 273 uşaq Azərbaycanda reabilitasiya tədbirlərinə cəlb edilib. Biz bu layihənin həyata keçirilməsində dəstək göstərən hər kəsə təşəkkürümüzü bildiririk. Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı da bu layihənin həyata keçirilməsində mühüm rol oynayıb. Ukraynalı uşaqlar xüsusi təbəqəyə aid uşaqlardır. Bugünkü tədbirinizdə ukraynalı uşaqlarla yanaşı, Azərbaycanın da övladları çıxış edəcək. Bu konsert Ukrayna və Azərbaycan xalqları arasındakı dostluğun dərin köklərə malik olmasının növbəti isbatı olacaq".

Milli Məclisin üzvü, Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Əlibala Məhərrəmzadə Ukraynada müharibə başlayandan Azərbaycanın Ukraynanın ərazi bütövlüyü məsələsindəki mövqeyinin dəyişməz qaldığını xatırladıb.

Deputat analoji layihələrin sayının daha da artacağına inamını ifadə edib.

Ukraynanın Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahının nümayəndəsi, "Gələcəyin İnsanları" layihəsinin rəhbəri Viktoriya Tsımbalyuk bu layhədə indiyədək 3000 nəfərə yaxın ukraynalı uşaq iştirak etdiyini söyləyib:

"Gələcəyin insanları" layhəsində iştirak edən uşaqlar müharibədə itkin düşmüş, həlak olan, əsir düşən və ya itkin kimi qeydiyyatda olan, o cümlədən, hazırda döyüşlərdə iştirak edən ukraynalıların övladlarıdır. Layihə bu qəbildən olan uşaqların sosiallaşmasına və onlara dəstək göstərilməsinə hesablanıb. Bugünkü konsert də həmin layihənin bir hissəsidir. "Gələcəyin İnsanları" layihəsi Azərbaycan da daxil olmaqla, ümumilikdə 20 ölkədə həyata keçirilir".

Daha sonra layihə çərçivəsində konsert proqramı nümayiş etdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Aprel 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri