Icma.az
close
up
RU
Səfirlik amerikalıları Rusiyadan çıxmağa çağırdı

Səfirlik amerikalıları Rusiyadan çıxmağa çağırdı

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

ABŞ-ın Rusiyadakı səfirliyi İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə bağlı məlumatların yayılmasından sonra amerikalı vətəndaşları sağlamlıq və təhlükəsizliklə bağlı mümkün risklər barədə xəbərdar edib.

Modern.az xəbər verir ki, ABŞ diplomatik missiyası İrkutskda ağciyər taunundan şübhələnilən şəxsin ölümü, karantin tədbirlərinin tətbiqi və xəstəxanaların bağlanması ilə bağlı məlumatlardan sonra vəziyyəti diqqətlə izlədiyini bildirib.

“Səfirliyə İrkutsk vilayətində ağciyər taununa şübhə ilə bağlı insanın ölümü, bununla əlaqədar karantin tədbirlərinin görülməsi və İrkutskdakı xəstəxanaların bağlanması barədə mətbuatda yayılan məlumatlar məlumdur. Vəziyyəti diqqətlə izləməyə davam edirik”, - deyə səfirliyin saytında yayımlanan məlumatda bildirilib.

Diplomatik missiya vurğulayıb ki, ABŞ-ın Rusiyada, xüsusilə də Moskvadan kənarda öz vətəndaşlarına yardım göstərmək imkanları məhduddur. Bundan əlavə, təhlükəsizlik və sağlamlığın qorunması səbəbindən ABŞ hökuməti əməkdaşlarının Rusiyanın bəzi regionlarına səfərlərinə əlavə məhdudiyyətlər tətbiq oluna bilər.

Regionda olan amerikalılara yerli səhiyyə orqanlarının göstərişlərinə əməl etmək, yüksək hərarət və ya tənəffüs yolları ilə bağlı simptomlar yarandıqda isə dərhal tibbi yardım üçün müraciət etmək tövsiyə olunub.

İrkutsk vilayətinə yaxın vaxtlarda səfər etmiş şəxslərə isə geri qayıtdıqdan sonra 14 gün ərzində sağlamlıq vəziyyətlərini diqqətlə izləmələri tövsiyə edilib.

Bununla yanaşı, ABŞ Dövlət Departamenti Rusiyaya səfərlərlə bağlı hazırda ən yüksək – dördüncü səviyyəli xəbərdarlığı qüvvədə saxlayır.

Rusiya ərazisində olan ABŞ vətəndaşlarına ölkəni “dərhal tərk etmək” tövsiyəsi yenidən verilib. Rusiyaya səfər etməyi planlaşdıranlara isə qanunsuz saxlanılma və təhlükəsizlik risklərini əsas gətirərək səfərdən imtina etmək qətiyyətlə tövsiyə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Oktyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri