Icma.az
close
up
RU
Səfurə Rəhimovaya hökm oxundu

Səfurə Rəhimovaya hökm oxundu

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı şəhəri, Nizami rayonu, Etibar Cəlilov adına 272 nömrəli tam orta məktəbin keçmiş direktoru Səfurə Rəhimova barəsində cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

"AzPolitika"nın "Qaynarinfo"-ya istinadən verdiyi məlumatına görə, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Səfurə Rəhimova məktəb direktoru vəzifəsində işlədiyi dövrdə bir sıra işçilərin faktiki olaraq işə gəlməmələrinə baxmayaraq onların adına əmək haqqı hesablanaraq ödənilməsinə şərait yaradıb, bununla bağlı rəsmi sənədlərdə həqiqətə uyğun olmayan məlumatların rəsmiləşdirilməsinə yol verib.

İttihama görə, məktəbin ibtidai sinif müəllimlərindən biri 2022-2024-cü illər ərzində dərs keçmədiyi halda onun adına əmək haqqı hesablanıb və ümumilikdə 8 981 manat 86 qəpik məbləğində vəsait ödənilib. İstintaq materiallarında göstərilib ki, həmin vəsaitin bir hissəsi sonradan məktəb rəhbərliyinə çatdırılıb.

Bundan başqa, məktəbin xadiməsi vəzifəsində çalışan şəxsin də uzun müddət işə gəlmədiyi halda tabel cədvəllərində işdə olması göstərilib və nəticədə ona 5 489 manat 17 qəpik məbləğində əsassız əmək haqqı ödənilib.

Cinayət işində məktəbin texnologiya müəllimi ilə bağlı epizod da yer alıb. Belə ki, müəllimə rəsmiləşdirilmiş dərnək məşğələlərinin faktiki keçirilməməsinə baxmayaraq, həmin saatlara görə 925 manat 43 qəpik əmək haqqı hesablandığı müəyyən olunub.

Səfurə Rəhimova məhkəmədə özünü təqsirli bilməyib. O bildirib ki, əməkdaşların işə davamiyyəti və dərslərin keçirilməsi ilə bağlı məlumatları direktor müavinlərindən alıb, təqdim olunan sənədləri onların verdiyi məlumatlar əsasında imzalayıb. Keçmiş direktor həmçinin heç bir müəllimdən və ya işçidən pul almadığını, ittihamda göstərilən əməlləri törətmədiyini deyib.

Lakin məhkəmə şahid ifadələrini, maliyyə yoxlamalarının nəticələrini, bank əməliyyatlarını və iş üzrə digər sübutları araşdırdıqdan sonra ittihamın təsdiq olunduğu qənaətinə gəlib.

Hökmə əsasən, Səfurə Rəhimova Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri (mənimsəmə və ya israf etmə) və 313-cü maddəsi (vəzifə saxtakarlığı) ilə təqsirli bilinib.

Məhkəmə ona 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 min manat məbləğində cərimə cəzası təyin edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 İyun 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri