Icma.az
close
up
RU
“Şəhər antropologiyası” jurnalının təqdimatı keçirilib

“Şəhər antropologiyası” jurnalının təqdimatı keçirilib

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Buxarest Universiteti, Buxarest Şəhər Muzeyin və Azərbaycanın Rumıniyadakı Səfirliyinin təşkilatçılığı ilə Buxarest Parlament Sarayının Təhsil Komitəsi zalında “Şəhər antropologiyası” jurnalının Qafqaz regionuna (Azərbaycan və Gürcüstan) həsr olunmuş oktyabr sayının təqdimatı keçirilib. Bu barədə SİA-ya Azərbaycanın Rumıniyadakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, jurnalda dərc olunmuş Azərbaycan mədəniyyətini, adət-ənənələrini, ümumilikdə mədəni irsi müxtəlif aspektlərdən araşdıran elmi məqalələr Azərbaycan Dillər Universitetinin, Bakı Mühəndislik Universitetinin müəllim və professor heyəti tərəfindən hazırlanıb.

Həmçinin, jurnalda Buxarest Universitetinin Dillər fakültəsinin professoru Katalin Konstantin tərəfindən çəkilmiş Bakının və Azərbaycanın müxtəlif regionlarının fotogörüntüləri də yer alıb.

Jurnalın təqdimatına həsr olunmuş konfransın əsas mövzusu “İpək Yolu salnaməsi: ipək istehsalı və ticarətinin inkişafında Azərbaycanın rolu” olub.

Tədbirdə çıxış edən professor Katalin Konstantin jurnalın hazırlanması prosesində Azərbaycan, Gürcüstan və Rumıniyadan olan müəlliflərin birgə fəaliyyətinə toxunub, hər iki ölkənin mədəniyyəti, tarixi və adət-ənənələrinin öyrənilməsi üçün əməkdaşlığın gələcək perspektivlərindən danışıb.

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov çıxışında jurnalın yaradıcılarına təşəbbüsə görə xüsusi minnətdarlıq edərək jurnalda dərc olunan məqalələrin Azərbaycanın Rumıniyada daha yaxşı tanınmasına əlavə töhfə verəcəyinə əminliyini ifadə edib.

Azərbaycanla Rumıniya arasında münasibətlərdən söz açan diplomat ölkələr arasında bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Tədbirin mövzusuna toxunan səfir hələ 90-cı illərdə Ulu Öndər Heydər Əliyevin tarixi İpək Yolunun bərpası ilə bağlı təşəbbüsünə qoşulan Rumıniyanın keçən 30 il ərzində Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə dəstək nümayiş etdirdiyini bildirib.

O, Azərbaycan, Gürcüstan və Rumıniyanı Şərqdən Qərbə uzanan qlobal yolun vacib bir hissəsi adlandırıb.

Tədbirdə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva və Təhsil 2 fakültəsinin dekanı Salman Nuriyev çıxış ediblər. Onlar Azərbaycanda ipək mədəniyyətinin tarixi, İpək Yolu boyunca yerləşən xalqlar və ölkələr arasındakı ticarət və iqtisadi münasibətlər, o cümlədən müasir dövrdə gerçəkləşən “İpək Yolu İqtisadi Kəməri” layihəsi barədə danışıblar.

Gürcüstanın Rumıniyadakı Səfirliyinin və Rumıniyada yaşayan Gürcüstan ictimaiyyətinin nümayəndələri də tədbirdə iştirak ediblər.

Sonda qonaqlar Azərbaycanın inkişafına həsr olunan sərgi ilə tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Dekabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri