Icma.az
close
up
RU
Səhər işə, axşam “türmə”yə: Kimlərə belə cəza verilir?

Səhər işə, axşam “türmə”yə: Kimlərə belə cəza verilir?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, tanınmış alim Arif Acaloğlunu avtomobillə vuraraq onun ölümündə təqsirləndirilən həkim Azər Maqsudova hökm oxunub.

Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə o, 1 il 6 ay müddətə avtomobil idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. A.Maqsudov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bəzən vətəndaşlar “məntəqə tipli cəzaçəkmə” ifadəsini eşidəndə fərqli mənalar düşünür, sanki bu, tam sərbəstlik və ya asan cəza imkanı deməkdir. Məntəqə tipli cəzaçəkmə müəssisəsi ilə adi cəzaçəkmə yerləri arasında hansı fərqlərin olması vətəndaşların marağına səbəb olur. 

Mövzu ilə bağlı “Cebheinfo.az” -a  açıqlama verən hüquqşünas Ruslan Mustafayev bildirib ki, məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər əsasən ehtiyatsızlıqdan cinayət törətmiş şəxslərdir: 

“Azərbaycanda müxtəlif növ cəzaçəkmə müəssisələri var, bunlardan biri də məntəqə tipli cəzaçəkmə müəssisələridir ki, hazırda da fəaliyyətini davam etdirir. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər əsasən ehtiyatsızlıqdan cinayət törətmiş şəxslərdir. 

Bunlar da yol-nəqliyyat hadisəsi zamanı təqsirkar bilinən şəxslərdir ki, barələrində məhkəmə qərarı ilə 5 ilə qədər azadlıqdan məhrum edilmə cəzası müəyyən edilir. Qanunvericiliyin tələbinə uyğun olaraq, ehtiyatsızlıqdan törədilən cinayət üzrə şəxsə əgər məhkəmənin hökümü ilə 5 ilə qədər cəza müəyyən edilmişdirsə, həmin şəxslər öz cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. 

Həmçinin, digər tipli müəssisələrdə cəza çəkən şəxslərin cəzalarının çəkdiyi müəssisələrin yerinin (növünün) dəyişdirilməsi ilə bağlı qərarlar qəbul edilən zaman həmin şəxslər böyük tipli müəssisələrdən məntəqə tipli müəssisələrə köçürülə bilərlər”. 

Onun sözlərinə görə, məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən imkanlar mövcuddur: 

“Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsinin əsas fərqlərindən biri qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin şəxslər əgər rəsmi işlə məşğuldurlarsa, onlara imkan yaradılır ki, öz işlərində fəaliyyətlərini davam etdirsinlər. Yəni səhər müəssisədən çıxıb getsinlər, öz işləri ilə məşğul olsunlar, fəaliyyətlərini davam etdirsinlər, axşam yenə də cəzaçəkmə müəssisələrinə geri qayıtsınlar. 

Həmçinin, cəzaçəkmə müəssisələrinin fəlsəfəsindən biri də ondan ibarətdir ki, cəzaçəkmə müəssisələrinin özünün daxilində də müəyyən işlərlə məşğul olmaq, gəlir qazanmaq imkanları olmalıdır. Son zamanlar bu məsələlər gündəmə gətirilir və məntəqə tipli cəzaçəkmə müəssisələrinin sayının artırılması ilə bağlı kifayət qədər fikirlər səsləndirilir. 

Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin işə cəlb olunması imkanlarının artırılması ilə bağlı fikirlər səslənir. Hətta məntəqə tipli cəzaçəkmə müəssisələrinin tərkibində fermer təsərrüfatının yaradılması, əkinçiliklə məşğul olmaq üçün imkanlar da müzakirə mövzusudur. Düşünürəm ki, yaxın gələcəkdə bu məsələlər də öz həllini tapacaq”. 

O əlavə edib ki, əgər müəyyən edilən qaydalar pozularsa, şəxs ağır növdə olan cəzaçəkmə müəssisəsinə keçirilir: 

“Yəni məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılan şəxsin rəsmi iş yeri varsa və o rəsmi fəaliyyətlə məşğuldursa, yalnız gecə orada qalmaq şərtilə cəzasını çəkə bilər. Amma cəzaçəkmə müəssisəsində fərqli qaydalar var. Qaydaları pozmaq nəticəsində həmin şəxsin məntəqə tipli cəzaçəkmə müəssisəsindən daha ağır növdə olan cəzaçəkmə müəssisəsinə keçirilməsi qanunvericilikdə nəzərdə tutulub. 

Məntəqə tipli cəzaçəkmə müəssisələri ilə bağlı sosial şəbəkələrdə müəyyən neqativ fikirlər yayılır. Cəza çəkən şəxsin  müəyyən yollarla cəzanı daha asan, yüngül formada çəkməyə nail olduğu deyilir. Amma biz - vəkillər və hüquqşünaslar düşünürük ki, neqativ hallar olmasına rəğmən, məntəqə tipli cəzaçəkmə müəssisələrinin sayları artırılmalıdır.

Həmçinin, məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin işlə təmini imkanları genişləndirilməlidir. Bu hallar həmin şəxslərin yenidən cinayət törətmə meyillərinin azalmasına, daha tez reabilitasiya olunmasına, yenidən cəmiyyətə inteqrasiyaya şərait yaradacaq”. 

Hüquqşunas qeyd edib ki, məntəqə tipli cəzaçəkmə müəssisələrində vətəndaşın cəmiyyətə daha tez inteqrasiya olunması ehtimalı böyükdür: 

“Ümumiyyətlə, məhkəmə qərar qəbul edərkən (şəxsə cəza təyin edərkən) onun islah olunmasının hamı formada baş verəcəyini nəzərə alaraq cəza təyin edir. Məntəqə tipli cəzaçəkmə müəssisələrində vətəndaşın cəmiyyətə daha tez inteqrasiya olunması ehtimalı daha böyük, onun islah olma ehtimalı daha çoxdur. Sosial şəbəkələrdən izləyirik ki, Avropa ölkələrində həbsxanalarda cəza çəkən şəxslər çox geniş imkanlara malikdirlər: internete çıxış, telefon, iş imkanları olur. Hətta otel şəraitli otaqda cəza çəkirlər. 

Bizim cəzaçəkmə müəssisələrində şərait nə qədər yaxşılaşdırılsa da, o səviyyəyə çata bilmir. Amma buradakı fəlsəfə ondan ibarətdir ki, şəxsin cəzasını pis şəraitdə, məhdudiyyətlərlə çəkməsi onun islah olunmasına mütənasib deyil. Yəni şəxsin daha rahat, geniş imkanları olan şəraitdə cəza çəkməsi onun islah olunmasına daha yaxşı təsir göstərə bilər. Bu səbəbdən bu tip cəzaçəkmə müəssisələrinin artırılmasına və onların imkanlarının, şəraitlərinin yaxşılaşdırılmasına diqqət daha çox yönəldilməlidir”.

Gülər 
“Cebheinfo.az”

 

Açar sözlər: İş türmə Ruslan Mustafayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see256

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see249

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see233

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see220

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see218

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see218

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see211

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see197

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see191

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see190

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see188

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see188

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see188

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see184

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see184

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see183

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see179

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see173

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see171

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri