Icma.az
close
up
RU
Şəhər mobilliyinin artırılmasının müsbət tərəfləri nələrdir?

Şəhər mobilliyinin artırılmasının müsbət tərəfləri nələrdir?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycanda şəhər mobilliyinin artırılması ilə hamı üçün sərbəst hərəkət təmin edilir. Həmçinin çəkilən avtobus zolaqları ilə insanların ictimai nəqliyyata axın etməsinə şərait yaradılır".

Bu sözləri Oxu.Az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

O bildirib ki, iqlim dəyişikliyi ilə əlaqədar olaraq dünya ölkələrində, eləcə də Azərbaycanda şəhər mobilliyinin artırılması istiqamətində işlər görülür:

"İqlim dəyişikliyi ilə bağlı BMT-nin xüsusi proqram və layihələri var. Dünyada iqlim dəyişikliyi ilə bağlı böyük hərəkat başlayıb. Dövlətlər üzərlərinə öhdəliklər götürüblər. İri şəhərlər atmosferə buraxılan karbon qazının miqdarının azaldılması üçün işlər aparmalıdırlar. Bunun üçün də yaşıllıqların artırılması, havaya buraxılan zərərli qazların miqdarının azaldılması, şəhər mobilliyinin artırılması kimi işlərin görülməsinə başlanılıb.

Şəhərdə hamı üçün hərəkət sərbəstliyinin təmin edilməsi şəhər mobilliyinin artırılması deməkdir. Yəni motosiklet sürən, əlil arabasında hərəkət edən, velosiped sürən, avtomobil idarə edənlər, ictimai nəqliyyatın seqmenti olan sərnişinlər üçün də rahat hərəkət təmin edilməlidir.

Buna görə də Azərbaycanda da şəhər mobilliyinin təkmilləşdirilməsi işləri görülür. Avtobus zolaqları çəkilir ki, insanlar ictimai nəqliyyata üz tutsunlar, işlərinə gecikməsinlər. Həmçinin velosiped zolaqları da ona görə salınır ki, şəhər mobilliyi təmin edilsin, yəni avtobusla hərəkət etmək istəməyən skuterlə, velosipedlə və s. hərəkət etsin. Burada hamı üçün şərait yaradılır".

Ekspert qeyd edib ki, əvvəllər velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edilmirdi:

"Bakıda velosiped bir nəqliyyat vasitəsi kimi heç vaxt məşhur olmayıb. Velosipeddən sadəcə əyləncə və idman vasitəsi kimi istifadə edilib. Hazırda zolaqların çəkilməsi həm velosiped, həm də skuterləri məşhurlaşdırmaq məqsədi daşıyır ki, insanların hərəkəti şəhərdə şaxələndirilsin. Yəni, onlar yalnız avtomobillərdən deyil, digər nəqliyyat vasitələrinə də üstünlük versinlər".

Onun sözlərinə görə, marşruta buraxılan avtobusların sayı artdıqca fərdi avtomobillərdən, taksidən istifadə edənlərin sayı da azalıb:

"Biz artıq müşahidə edirik ki, ictimai nəqliyyatın avtobus seqmentindən istifadə edən vətəndaşların sayı gündən-günə artır. Həmçinin bununla yanaşı marşruta buraxılan avtobusların sayı da artır. Ötən ilin sentyabr ayından 170 avtobus təmir olunaraq marşruta buraxılıb, 161 elektrik mühərrikli avtobus gətirilib, eyni zamanda 60 avtobus isə özəl daşıyıcılar vasitəsilə gətirilib. Say artır, bu ilin sonuna qədər də daha çox avtobusun marşruta buraxılması gözlənilir.

Bu avtobuslar ekoloji cəhətdən təmiz nəqliyyat vasitələridir. Məqsəd də budur ki, şəhər ərazisində ənənəvi benzin və dizel ilə çalışan avtomobillər yox, elektrik mühərrikli avtomobillərin, skuterlərin, atmosferə zərər verməyən nəqliyyat vasitələrinin hərəkəti təmin edilsin. Mikromobilliyin təmin edilməsinin verdiyi müsbət nəticələrdən danışanda ekosistemin yaxşılaşdırılmasını, nəqliyyatın şaxələndirilməsini qeyd etməliyik. Əvvəllər avtobus, metro, fərdi nəqliyyat vasitələrindən insanlar daha çox istifadə edirdisə, indi digər vasitələrdən istifadə edənlərin sayı artıb. Mikromobillik vasitələri təkcə ölkəmizdə deyil, ümumilikdə dünyada da yeni bir nəqliyyat vasitəsi kimi qəbul oluna bilər. Azərbaycanda da mikromobillik vasitələrinə, velosipedlərə üstünlük verənlər üçün ona görə də şərait yaradılır. Düzdür, işlər görülür, lakin hələ də qarşıda görüləcək işlər çoxdur. Metroda qatar sayının artırılması üçün yeni stansiyalar, depolar tikilməlidir, avtobus seqmentində köhnə, sərnişindaşımaya uyğun olmayan nəqliyyat vasitələri yığışdırılmalıdır. Həmçinin tramvay xətlərinin çəkilmə prosesi sürətləndirilməlidir. Çünki vaxtilə tramvay xətlərinin söküldüyü dövrdə ictimai nəqliyyatın şaxələndirilməsi azaldılıb. Hazırda nəqliyyatın dirçəldilməsi istiqamətində işlər aparılır".

Nəqliyyat eksperti Aslan Əsədov isə bildirib ki, nəqliyyatda mikromobilliyin artırılması ilə əlçatanlıq təmin edilib:

"Mikromobillik insanların nəqliyyata əlçatanlığını asanlaşdırır, piyadaların rahat hərəkətini təmin edir. Avtobus zolaqlarının çəkilməsi, onun əhatə dairəsinin artırılması müsbət tendensiyalardan biridir, bu da insanlar tərəfindən yaxşı qarşılanır. İnsanyönümlü şəhərlər proyeksiyasından baxanda, bu daha cəlbedicidir. Vətəndaşa skuter və bu kimi vasitələrdən istifadə üçün imkanların yaradılması onların tıxacda qalmasının qarşısını alır. Hərəkət aktivliyini artırır, dinamikliyə səbəb olur. Ümumi olaraq infrastruktur layihələrinin hazırlanmasının müsbət tərəfləri çoxdur. Çünki bu layihələr vətəndaş məmnunluğunun artırılmasına, nəqliyyat konstruksiyasının yaxşılaşdırılmasına əsaslanır".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Yanvar 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see182

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see135

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see131

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see128

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see127

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri