Icma.az
close
up
RU
Səhər qəlyanaltısı uşaqlar üçün həyati önəmlidir Pediatr

Səhər qəlyanaltısı uşaqlar üçün həyati önəmlidir Pediatr

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Məktəblilərin səhər yeməyi çatışmazlığı ciddi nəticələr doğurur


Məktəblərin açılması ilə uşaqların yemək vərdişləri yenidən gündəm mövzusuna çevrilib. Tədris ili ərzində uşaqlar üçün sağlam qidalanma çox vacibdir. Mütəxəssislər xüsusilə səhər yeməyinin həm fiziki, həm də zehni inkişaf üçün önəmli qida olduğunu vurğulayırlar.

Türkiyəli dietoloq Tuğba Demircan bununla bağlı valideynlərə xəbərdarlıq edib.

Dietoloq valideynlərə müraciət edərək, uşaqların günə mütləq balanslı səhər yeməyi ilə başlaması lazım olduğunu deyib.

Dietoloqun sözlərinə görə, səhər yeməyi olmadan məktəbə gedən uşaqlar gün ərzində diqqətini cəmləməkdə çətinlik çəkir. Səhər yeməyinin sağlam beyin funksiyası üçün vacib olduğunu vurğulayan Demircan deyib: "Səhər yeməyində tam taxıllı çörək, pendir, yumurta, süd və ya qatıq, təzə tərəvəz və meyvələr olmalıdır. Uşaqlar işlənmiş, şəkərli qidalardan və qablaşdırılmış məhsullardan uzaq durmalıdırlar".

Demircan məktəb yaşlı uşaqların səhər yeməyi ilə yanaşı, gün boyu müntəzəm, sağlam qəlyanaltılar da yeməli olduğunu vurğulayaraq, məktəb çantalarına qoyula biləcək qəlyanaltılar üçün təkliflər verib: “Qoz-fındıq, təzə meyvə, qatıq və ya tam taxıllı sendviçlər uşaqların enerji səviyyələrini yüksək saxlayacaq və onların lazımsız qidalara əl atmasının qarşısını alacaq”.

Dəmircan onu da əlavə edib ki, şəkərli və qazlı içkilər uşaqların sağlamlığına mənfi təsir göstərir, ona görə də bol su içmək vərdiş olmalıdır.

Həkim xatırladıb ki, uşaqlar xəstəliyə davamlı olmaq üçün kifayət qədər vitamin, mineral və zülal qəbul etməlidirlər: "Balanslı qidalanma təkcə akademik müvəffəqiyyətə deyil, həm də immunitet sisteminə birbaşa təsir edir. Müntəzəm və sağlam qidalanan uşaqlar mövsümi xəstəliklərə qarşı daha davamlı olurlar".

Mütəxəssislərin fikrincə, səhər yeməyini mütəmadi olaraq yeyən və gün ərzində balanslı qidalanan uşaqlar nəinki məktəbdə daha yaxşı nəticə əldə edirlər, həm də uzunmüddətli sağlam həyatın əsasını qoyurlar.

Pediatr Nigar Süleymanova isə “Şərq”ə açıqlamasında qeyd edib ki, uşaqlarda böyümənin sürətlə getdiyi yaş dövrü 6-12 yaş sayılır. Bu dövr məktəb yaşı ilə üst-üstə düşür. Həm fiziki, həm də zehni inkişafın normal getməsi üçün bu yaşlarda qidalanmaya daha çox diqqət etmək gərəkir: 


“Məktəblinin gündəlik menyusu lif, karbohidrat və zülalla zəngin olmalıdır. Menyunu meyvə, tərəvəz, taxıl və paxlalı bitkilər, süd və süd məhsulları təşkil etməlidir. Məktəbə səhər qəlyanaltısını etməmiş yollanan uşaqlarda metabolizma gücü və immun sistem zəifləyir. Nəticədə çəki artımı (piylənmə), zehni inkişafın geriləməsi, xəstəliklərə qarşı dözümsüzlük yaranır.

Bəzi uşaqlar səhərin erkən çağında qəlyanaltı etməyi sevmir, yeməkdən imtina edir. Belə olduqda analara tövsiyəm, qəlyanaltının 1 stəkan təzə sıxılmış meyvə suyu, süd və ya 1 ədəd bananla əvəz edilməsidir.

Məktəblinin çantasında paketlənmiş məhsullar əvəzinə badam, qoz, fındıq, meyvə, evdə hazırlanmış və xüsusilə sobada bişmiş pirojki, bulka, qutab və s. olmalıdır.  Yağda qızarmış qidalar uşaqlar üçün məsləhət deyil. Unutmayaq ki, uşaqların fiziki və əqli inkişafında qidalanma böyük rol oynayır!”.


Pediatr Aytən İsmayılova isə hesab edir ki, səhər yeməyi yemək yüz faiz vacib deyil. Uşaqlar saat 11-dən sonra da qidalana bilərlər: 

“Bəzi uşaqlarda öd yollarında diskineziya, yəni yollarda hərəkətin pozulması olanda onlarda səhərlər ürəkbulanma olur və səhər yeməyi yemək istəmirlər. Onlar məktəbə meyvə ya ev şirniyyat götürə bilər. İndi uşaqların əksəriyyəti yaşından asılı olmayaraq hazırlığa qalır. Valideyn deyir ki, uşaq səhər çıxır bir də axşam evə gəlir. Əlbəttə, bunu aşağı sinif uşaqları üçün heç uyğun görmürəm. Amma təəssüf ki, qonşudan qalma geri prinsipi ilə uşaqlar çox yüklənir. Hələ bu müddəti zir-zibil yeməklə keçirən uşaqlar da var. Bilirsizmi nə qədər zərər vururuq gələcəyimizə ?! Həm zehni, həm fiziki olaraq gərəksiz yüklənən uşaqların aqibəti bilirsizmi necə olacaq? Hərəkət aktivliyi az, faydalı qida yerinə zir-zibil + hazırlıq+ telefon. Yaş da az. Hansı ki bu yaşda sürətli böyümə gedir. Təmiz hava, fiziki aktivlik, sağlam qidalanma vacibdir. Əksinə, zehni yorulma, saatlarla eyni vəziyyətdə qalmaq, toksiki məlumatlar aqressiv, həyatdan küsmüş, məqsədsiz, xoşbəxtliyi rəqabətdə görən insanların böyüməsinə gətirəcək. Məktəbdə pis qidalanma isə uşaqlarda mədənin pozulmasına, qəbizliyə, qarında ağrıya, dəridə səpkilərə, iştahsızlığa, immunitetin zəifləməsinə, tez-tez xəstələnməyə və qaraciyərin piylənməsinə səbəb ola bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Sentyabr 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri