Səhər yeməyi hər kəs üçün vacibdir?
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Səhər yeməyinin günün ən vacib yeməyi olması ilə bağlı geniş yayılmış fikir hər kəs üçün keçərli deyil.
Redaktor.az xəbər verir ki, klinik dietoloq Michaela Sparrow bu barədə aif.ru saytına açıqlamasında danışıb.
Onun sözlərinə görə, "səhər yeməyi günün ən vacib yeməyidir" ifadəsi ilk dəfə dənli bitkilər istehsalçıları tərəfindən marketinq məqsədilə populyarlaşdırılıb. Bununla belə, səhər yeməyinin tərkibi sağlamlıq baxımından mühüm rol oynayır.
Dietoloq bildirib ki, səhər saatlarında kortizol hormonu yüksək olur. Bu zaman heç nə yeməmək və ya şəkərli qidalar qəbul etmək gün ərzində qan şəkərinin kəskin dəyişməsinə səbəb ola bilər.
Mütəxəssis oyandıqdan sonra təxminən bir saat ərzində 25-35 qram zülal ehtiva edən qidalar, məsələn, yumurta, yunan qatığı və ya lif və sağlam yağlarla zəngin smuzi qəbul etməyi tövsiyə edib.
Sparrow əlavə edib ki, bu mövzuda hamı üçün keçərli olan vahid qayda yoxdur. Əgər insan səhər yeməyi yemədən də özünü yaxşı hiss edir və gün ərzində enerjisini qoruya bilirsə, özünü mütləq səhər yeməyi yeməyə məcbur etməsinə ehtiyac yoxdur.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 17 İyul 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















