Səhər yeməyini yeməmək depressiyaya yol açır TƏDQİQAT
Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gənclərin müntəzəm olaraq səhər yemək yeməməsi depressiya əlamətlərini gücləndirə və konsentrasiyanı poza bilər.
Sfera.az xəbər verir ki, bu barədə çinli tədqiqatçıların “Frontiers in Psychiatry” jurnalında dərc olunan araşdırmasında qeyd olunub.
Honkonq Gənclər Epidemioloji Tədqiqatına 3154 yeniyetmə və gəncləri cəlb edilib. İştirakçıların təxminən 15%-i heç vaxt səhər yeməyi yemədiyini bildirib. Səhər qida qəbulu etməyənlərin tez-tez pisləşən depressiya və təşviş pozuntusu simptomları, həmçinin sosial və akademik fəaliyyətdə çətinliklər yaşadıqları ortaya çıxıb.
Tədqiqatçılar bu təsirləri diqqətin azalması ilə əlaqələndiriblər.
Qeyd edək ki, mütəxəssislər ac qarına hər hansısa növ qəhvənin qəbulundan qaçınmaq barədə də xəbərdarlıq edirlər.
Firuzə Əliyeva
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 10 İyul 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















