Icma.az
close
up
RU
Şəhərdən kəndə dönüş: Prezident yeni inkişaf modelini açıqladı

Şəhərdən kəndə dönüş: Prezident yeni inkişaf modelini açıqladı

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş iclasdakı çıxışı, çıxışda qarşıya qoyulan vəzifələr, eləcə də Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı sektorun inkişafının çox mühüm istiqamətlərini və perspektivlərini özündə əks etdirir.

Bu sənədlər, demək olar ki, bir yol xəritəsi kimi dəyərləndirilə bilər və gələcək inkişafın əsas istiqamətləri burada aydın şəkildə ifadə olunub.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. O bildirib ki, prezident çıxışında qarşıya çox ciddi vəzifələr qoyur. Başlıca vəzifə kənd təsərrüfatının rolunun yüksəldilməsi, məhsuldarlığın artırılması, insanların kənddə məskunlaşmasının təşviqi, şəhərdən kəndə dönüşün təmin olunması, texnikadan, sudan, mineral gübrələrdən və digər təbii ehtiyatlardan səmərəli istifadə edilməsidir.

Eyni zamanda, təsərrüfata dövlət dəstəyinin və subsidiyaların təkmilləşdirilməsi, elmi-texniki nailiyyətlərin və müasir texnologiyaların tətbiqi, bütün sahələrdə intizamın möhkəmləndirilməsi həm çıxışda, həm də proqramda öz əksini tapıb.

“Cənab Prezident qeyd edir ki, gələcəkdə ölkə özünü kənd təsərrüfatı məhsulları ilə təmin etməlidir. Bu, qarşıya qoyulan ən vacib vəzifələrdən biridir. Çünki məhsuldarlığın yüksəldilməsi sayəsində bu məqsədə nail olmaq mümkündür. Buna görə də Prezident taxılçılıqda məhsuldarlığın 50 sentnerə, pambıqçılıqda isə 50 sentnerə çatdırılmasını, heyvandarlıqda artımın təmin edilməsini, müasir suvarma texnikalarının tətbiqini, idxal-ixrac prosesinin normallaşdırılmasını vacib hesab edir. O, müasir tələblərə cavab verən kənd təsərrüfatının formalaşdırılmasını və inkişaf etdirilməsini zəruri sayır”-deyən deputat vurğulayıb ki, ölkə rəhbəri reallıqlara əsaslanan faktlar irəli sürərək gələcəkdə kənd təsərrüfatında əsaslı dönüşün yaradılmasını vacib hesab edir və bu sahəyə əlavə maliyyə vəsaitlərinin ayrılmasına şərait yaradır. Proqramın həyata keçirilməsi üçün 6 milyard manata yaxın vəsaitin ayrılması, eləcə də 3 milyard manat investisiyanın cəlb olunması nəzərdə tutulur. Prezident özəl sektorun inkişafının da vacibliyini xüsusi vurğulayır.

Deputat hesab edir ki, bu gün ölkə rəhbərinin çıxışından irəli gələn vəzifələr, eləcə də Dövlət Proqramında nəzərdə tutulan müddəalar aidiyyəti qurumlar tərəfindən geniş şəkildə təbliğ və təşviq edilir. Milli Məclisin də bu sahədə üzərinə mühüm vəzifələr düşür. Bu məqsədlə dünən üç komitənin birgə iştirakı ilə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Milli Məclisdə geniş dinləmə keçirilib. Dinləmənin əsas məqsədi ölkə rəhbərinin çıxışında qarşıya qoyulan vəzifələrin, proqramda öz əksini tapan müddəaların əhaliyə çatdırılması, onların təbliği və inkişafın gələcək istiqamətlərinin göstərilməsindən ibarət olub.

“Kənd təsərrüfatı iqtisadiyyatın əsas sahələrindən biridir və təsadüfi deyil ki, bu sahə milli təhlükəsizliyin mühüm komponenti kimi qiymətləndirilir. Çünki ərzaq təhlükəsizliyinin təmin olunması, insanların həyat şəraitinin yaxşılaşdırılması və gəlirlərinin artırılması bilavasitə aqrar sektorun inkişafı ilə bağlıdır-deyən deputat bildirib ki, dövlət proqramı mühüm strateji sənəddir və həmin sənəddə əksini tapan müddəaların beş il ərzində həyata keçirilməsi kənd təsərrüfatının inkişafına böyük təkan verəcək.”-deyən deputat bildirib ki, belə olarsa ölkəmiz özünü əsas kənd təsərrüfatı məhsulları ilə təmin etmək imkanlarını daha da genişləndirəcək.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 İyun 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri