Şəhərin mərkəzində səkini zəbt edib elektrikdoldurma məntəqəsi düzəldiblər FOTO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paytaxtda kimliyi məlum olmayan şəxslər tərəfindən elə bir addım atılıb ki, nəticədə nəinki qanun pozulub, həm də vətəndaşlar üçün təhlükəli vəziyyət yaranıb.
Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonu Füzuli küçəsində çəkilən fotoda kimin etdiyi bilinməyən qanun pozuntusu ortaya çıxıb. Belə ki, küçənin “AzDrama”nın yanından keçən hissəsində səkidə elektrikdoldurma məntəqəsi yaradılıb. Səkinin zəbti vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.
Digər bir məsələ odur ki, təşkil olunan şarj məntəqəsi birbaşa piyadaların hərəkət edə biləcəyi yerdə təşkil olunub. Heç bir ayırıcı bariyer, zona da nəzərdə tutulmayıb. Sadəcə yeni boyanan hissə qurusun deyə divar daşı və ona sarınmış 5 metr lent.
Sakinlər bildirir ki, bunu edənlər Azərbaycan Dövklət Akademik Milli Dram Teatrının əməkdaşlarıdır. Əvvəllər ərazidə heç parklanmaya da icazə yox idi, indi isə həm də avtomobil şarj etmək niyyətləri var. Vətəndaşlar aidiyyəti qurumların məsələni nəzarətə götürməsini tələb edir.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 02 Dekabr 2025 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















