Icma.az
close
up
RU
Şəhərsalma fəlsəfəsi: keçmişə hörmət, gələcəyə rəğbət ANALİZ

Şəhərsalma fəlsəfəsi: keçmişə hörmət, gələcəyə rəğbət ANALİZ

Icma.az, Sia Az saytına istinadən bildirir.

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu WUF13 Sessiyası yalnız şəhərsalma və urbanizasiya məsələlərinin müzakirə olunduğu beynəlxalq platforma deyil, həm də Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf fəlsəfəsinin nümayişidir. Prezident İlham Əliyev Forumun açılış mərasimində etdiyi çıxışında həm tarixi yaddaşa söykənən, həm də gələcəyə hesablanmış mühüm tezislər səsləndirdi. Bu çıxış Azərbaycanın şəhərsalma siyasətinin ideoloji əsaslarını, strateji istiqamətlərini və qlobal baxışını ortaya qoydu.

Azərbaycan xalqı tarixən şəhəryaradan xalq olub

Prezident İlham Əliyevin vurğuladığı əsas məqamlardan biri Azərbaycan xalqının tarixən şəhəryaradan sivilizasiyaya məxsus olmasıdır. Bu fikir təsadüfi deyil. Çünki Azərbaycanın qədim şəhərləri - Qəbələ, Gəncə, Naxçıvan, Şamaxı və digər yaşayış məskənləri əsrlər boyu Şərq şəhərsalma mədəniyyətinin mühüm tərkib hissəsi olub. Bu şəhərlər yalnız inzibati və iqtisadi məkan deyil, həm də elm, ticarət, mədəniyyət və memarlıq mərkəzləri kimi formalaşıb. Azərbaycan şəhərlərində tarixən məhəllə sistemi, su infrastrukturu, karvansaralar, bazarlar, ibadət məkanları və ictimai həyat harmonik şəkildə inkişaf edib. Bu isə onu göstərir ki, Azərbaycan urbanizasiya prosesinə sonradan qoşulan deyil, əksinə, şəhər mədəniyyətini yaradan xalqlardan biridir.

Bu gün müasir Azərbaycanın həyata keçirdiyi şəhərsalma siyasəti də məhz həmin tarixi köklərə söykənir. Dövlət başçısının çıxışında verilən mesajlardan biri budur ki, Azərbaycan üçün urbanizasiya sadəcə betonlaşma və tikinti prosesi deyil, milli-mədəni kimliyin qorunması ilə inkişafın vəhdətidir.

XIX əsrdən başlayan urbanizasiya və bu gün

Prezident İlham Əliyev çıxışında XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda urbanizasiya prosesinin yeni mərhələyə qədəm qoyduğunu xüsusi qeyd etdi. Bu dövr sənayeləşmə, xüsusilə neft sənayesinin inkişafı ilə əlaqədar olaraq Azərbaycanın, ilk növbədə isə Bakı şəhərinin yeni memarlıq və şəhərsalma siması qazanması ilə xarakterizə olunur.

Məhz həmin mərhələdə Bakıda Şərq və Qərb memarlıq üslublarının sintezi yarandı. Tarixi binalar, bulvarlar, inzibati və yaşayış kompleksləri inşa edildi. Ən mühüm məqamlardan biri isə modernləşmənin tarixi irsin məhv edilməsi hesabına deyil, onun qorunması prinsipi üzərində qurulması idi.

Bu siyasət müstəqillik dövründə daha sistemli və geniş miqyaslı xarakter aldı. Son illərdə Bakının və regionların simasının dəyişməsi, parkların, yeni yaşayış massivlərinin, yol-nəqliyyat infrastrukturunun, sosial obyektlərin yaradılması dövlətin uzunmüddətli urbanizasiya strategiyasının nəticəsidir. Azərbaycanın yeni inkişaf modeli göstərir ki, müasir şəhərsalma yalnız binaların tikilməsi deyil, əsas məqsəd insan üçün rahat, təhlükəsiz, ekoloji balansı qoruyan və milli kimliyi yaşadan mühit formalaşdırmaqdır.

Müasir şəhərsalmada İlham Əliyev və Mehriban Əliyeva faktoru

Azərbaycanda həyata keçirilən şəhərsalma siyasətinin bünövrəsində və inkişaf prosesində İlham Əliyevin siyasi iradəsi və Mehriban Əliyeva tərəfindən həyata keçirilən humanitar-mədəni layihələr xüsusi rol oynayır. Son illərdə paytaxt Bakıda və bölgələrdə aparılan geniş abadlıq-quruculuq işləri, tarixi abidələrin bərpası, park və bulvarların salınması, sosial infrastrukturun yenilənməsi dövlətin bu sahəyə strateji yanaşmasının göstəricisidir.

Bakıda və regionlarda yeni avtomobil yolları, körpülər, tunellər, metro stansiyaları, yaşayış massivləri, park və bulvarlar yaradılıb. Paytaxt Bakının siması tamamilə yenilənib. Xüsusilə, Bakı Bulvarının genişləndirilməsi, Ağ Şəhər layihəsi, yeni park kompleksləri, ictimai məkanların yaradılması şəhərsalma siyasətinin mühüm nəticələri hesab edilir. Yasamal rayonunda salınmış meşə tipli park da bu siyasətin nümunələrindəndir. Layihə çərçivəsində uzun illər zəbt olunmuş ərazilər dövlət fonduna qaytarılıb və şəhər sakinlərinin istifadəsinə verilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası nəticəsində ölkənin müxtəlif bölgələrində yeni şəhər və qəsəbə infrastrukturu formalaşdırılıb, kəndlər müasir standartlara uyğun yenilənib, nəqliyyat və kommunal sistemlər tamamilə yenidən qurulub. Bu proqramlar nəticəsində rayon mərkəzləri yenidən qurulub, kənd yolları çəkilib, şəhər infrastrukturu müasirləşdirilib, yeni sosial obyektlər istifadəyə verilib. Beləliklə, urbanizasiya yalnız Bakı ilə məhdudlaşmayaraq bütün ölkəni əhatə edən prosesə çevrilib.

Mehriban Əliyeva Azərbaycanın humanitar və mədəni siyasətində mühüm rol oynayan dövlət xadimidir. Onun təşəbbüsləri şəhərsalma siyasətinə xüsusilə mədəni irsin qorunması və sosial-humanitar layihələr baxımından böyük təsir göstərib. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən tarixi abidələr, məscidlər, muzeylər, məktəblər, mədəniyyət ocaqları bərpa olunub. Xüsusilə, Şuşadakı tarixi abidələrin yenidən qurulması, qədim məscidlərin bərpası, milli memarlıq nümunələrinin qorunması şəhərsalma siyasətinə mədəni dəyər qazandırıb. Tarixi dini və memarlıq abidələrinin bərpası, mədəniyyət ocaqlarının yenidən qurulması urbanizasiya ilə milli-mənəvi dəyərlərin uzlaşdırılmasının nümunəsidir.

Bu təşəbbüslər urbanizasiyanın yalnız texniki deyil, həm də milli-mənəvi əsaslar üzərində qurulduğunu göstərir. Mehriban Əliyevanın təşəbbüsü ilə məktəblər, xəstəxanalar, uşaq bağçaları, reabilitasiya mərkəzləri tikilib və yenidən qurulub. Bu layihələr şəhərsalmanın insan yönümlü modelinə xidmət edir. Müasir şəhər anlayışında yalnız memarlıq deyil, sosial rifah da əsas prioritet sayılır.

Qarabağ və Şərqi Zəngəzur: Yeni şəhərsalma modeli

Prezident İlham Əliyevin WUF13-də xüsusi vurğuladığı istiqamətlərdən biri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri oldu. Bu gün Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirilən layihələr təkcə Azərbaycanın deyil, dünyanın diqqətlə izlədiyi ən böyük şəhərsalma proqramlarından biridir. Otuz il ərzində Ermənistan tərəfindən tamamilə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması prosesi indi “ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji və müasir urbanizasiya prinsipləri əsasında həyata keçirilir.

Şuşa, Ağdam, Füzuli, Zəngilan və digər yaşayış məntəqələrində aparılan quruculuq işləri göstərir ki, Azərbaycan post-münaqişə dövründə şəhərsalmanın tamamilə yeni modelini yaradır. Bu modelin əsas xüsusiyyəti ondan ibarətdir ki, burada bərpa yalnız fiziki infrastrukturun qurulması ilə məhdudlaşmır. Məqsəd insanların doğma torpaqlarına təhlükəsiz, layiqli və dayanıqlı şəkildə qayıdışını təmin etməkdir. Eyni zamanda, ekoloji balansın qorunması, rəqəmsal idarəetmə, yaşıl enerji və milli memarlıq ənənələrinin tətbiqi bu prosesi unikal edir.

Azərbaycan qlobal təhlükəsizlik və dialoq platforması kimi

WUF13 forumunun Bakıda keçirilməsi bir daha göstərdi ki, Azərbaycan artıq yalnız regional deyil, qlobal miqyasda etibarlı tərəfdaş və təhlükəsiz beynəlxalq platforma statusu qazanıb. Dünyanın müxtəlif bölgələrində müharibələrin, geosiyasi qarşıdurmaların və təhlükəsizlik böhranlarının dərinləşdiyi bir zamanda Azərbaycanın COP29 və WUF13 kimi mötəbər tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir.

Bu, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasətin nəticəsidir. Azərbaycan bu gün Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geosiyasi və humanitar körpü rolunu oynayır.

Bakının beynəlxalq forumların keçirildiyi mərkəzə çevrilməsi onu göstərir ki, Azərbaycan yalnız enerji və nəqliyyat layihələri ilə deyil, eyni zamanda qlobal ideya və dialoq platforması kimi də öz mövqeyini gücləndirir.

İnsan amili və dayanıqlı inkişaf...

Prezident İlham Əliyevin WUF13-dəki çıxışı Azərbaycanın şəhərsalma siyasətinin fəlsəfəsini aydın şəkildə ortaya qoydu. Bu siyasətin əsasında tarixə hörmət, milli kimliyin qorunması, müasir texnologiyaların tətbiqi, insan amili və dayanıqlı inkişaf dayanır. Azərbaycan bu gün qədim şəhəryaratma ənənələrini müasir urbanizasiya konsepsiyası ilə birləşdirərək dünyanın diqqətini çəkən yeni inkişaf modeli formalaşdırır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri isə artıq beynəlxalq miqyasda öyrənilən və maraq doğuran unikal təcrübəyə çevrilməkdədir.

WUF13 forumundan verilən əsas mesaj budur ki, "Azərbaycan yalnız şəhərlər qurmur, gələcəyin təhlükəsiz, dayanıqlı və humanist inkişaf modelini inşa edir". Azərbaycan dayanıqlı inkişaf, postmünaqişə urbanizasiya modeli, ağıllı şəhər konsepsiyası, yaşıl enerji infrastrukturu sahələrində beynəlxalq təcrübə təqdim edən ölkələrdən birinə çevrilir. Azərbaycan dövlətinin şəhərsalma siyasəti son illərdə ölkənin inkişaf modelinin əsas sütunlarından biri kimi formalaşıb. İlham Əliyev tərəfindən müəyyən edilən strateji xətt müasir urbanizasiya, iqtisadi inkişaf və sosial rifah prinsiplərinə əsaslanır. Mehriban Əliyeva isə humanitar təşəbbüsləri, mədəni irsin qorunması və sosial layihələri ilə bu siyasətə mühüm töhfələr verir.

Bu gün Azərbaycan şəhərləri yalnız memarlıq baxımından deyil, həm də funksionallıq, ekologiya, sosial rifah və milli kimliyin qorunması baxımından yeni inkişaf mərhələsinə qədəm qoyur. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri isə Azərbaycanın gələcək urbanizasiya modelinin əsas simvolu hesab edilir.

Bəhruz Quliyev, Səs qəzetinin baş redaktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 May 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri