“Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə ali təhsil müəssisələrinin rəhbərləri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru və nümayəndələri, eləcə də 700-ə yaxın tələbə iştirak edib. İştirakçılar arasında 90 peşə tələbəsi də olub.
Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı tələbələr üçün yaradılan şəraitə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına təşəkkürünü bildirib. O, peşə təhsilinə marağın son illərdə əhəmiyyətli dərəcədə artdığını qeyd edərək, əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində həyata keçirilən işlərdən bəhs edib.
Tədbir çərçivəsində, həmçinin şəhərsalma və memarlıq sahəsinin gələcək inkişaf istiqamətləri, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar, bu sahələr üzrə peşəkar və ixtisaslı kadrların hazırlanmasında peşə təhsilinin rolu və gənc mütəxəssislərin bu prosesdə iştirakı barədə fikir mübadiləsi aparılıb.
Sonda iştirakçılar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvləri üçün yaradılmış şəraitlə tanış olub, daha sonra tələbələrlə xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, sentyabrın 7-dən 12-dək davam edən tələbə düşərgəsi çərçivəsində iştirakçılar üçün müxtəlif intellektual və idman yarışları, eləcə də foto və film müsabiqələrinin keçirilməsi nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 09 Sentyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















