Icma.az
close
up
RU
““Şəhərsalma və Memarlıq İli” mühüm dönüş nöqtəsi olacaq” ŞƏRH

““Şəhərsalma və Memarlıq İli” mühüm dönüş nöqtəsi olacaq” ŞƏRH

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Prezident Administrasiyası Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Gununsesi.info-ya danışan siyasi şərhçi Turan Rzayev hesab edir ki, bu qərar hazırkı mərhələdə həm diqqətçəkən, həm də ümumi mənada olduqca vacib addımdır.

“Azərbaycanda şəhərsalma və onun tərkib hissəsi olan şəhər planlamasına ehtiyac ildən-ilə artan bir çağırışa çevrilib. Əhali sayının artması urbanizasiya prosesini sürətləndirir ki, bu da öz növbəsində yeni infrastruktura olan tələbatı yüksəldir. Paytaxt Bakının yükünün ildən-ilə artması regionların inkişafının daha kompleks və sistemli şəkildə təşkili zərurətini yaradır.

Xüsusilə qeyd etmək lazımdır ki, şəhərlərin planlaşdırılması məsələsi yeni mərhələyə qədəm qoymalıdır. Müasir şəhərsalma yalnız yaşayış binalarının tikintisi ilə məhdudlaşmır nəqliyyat sistemləri, ictimai məkanlar, sosial infrastruktur, iş yerləri və ekoloji balans vahid konsepsiya çərçivəsində nəzərdən keçirilməlidir.

Son illərdə ölkədə bu sahədə mühüm işlərə start verilib. Paytaxt Bakıda, eləcə də işğaldan azad edilmiş ərazilərin bərpası prosesində bu meyarlar əsas götürülür. Lakin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi yaşıl və ağıllı şəhər modellərinə keçidin artıq zərurətə çevrildiyini və dövlətin bu məsələyə daha kompleks yanaşacağını göstərir.

Dünyanın bir çox ölkəsində “yaşıl şəhərlər” konsepsiyası qəbul edilib. Bu yanaşma ekoloji dayanıqlılığı, hava keyfiyyətini, insan sağlamlığını və həyat keyfiyyətini ön plana çıxarır. “Ağıllı şəhərlər” isə rəqəmsal texnologiyalar vasitəsilə enerji istifadəsini, nəqliyyatı, kommunal xidmətləri və şəhər idarəçiliyini daha səmərəli edir. Bu modelin ölkəmizdə tətbiqi həm dövrün tələblərinə uyğunlaşmaq, həm də gələcək perspektivdə bir çox sahədə mühüm yeniliklərə yol açmaq baxımından əhəmiyyətlidir.

Bu təşəbbüsün xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən şəhərləşdirilməsidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri klassik şəhərsalma nümunəsi deyil, sıfırdan formalaşdırılan müasir urbanist model kimi qiymətləndirilə bilər. Bu regionlarda ağıllı şəhər və ağıllı kənd konsepsiyalarının tətbiqi yalnız yaşayışın bərpasına deyil, eyni zamanda iqtisadi inkişafın sürətlənməsinə, əhalinin geri dönüşünün stimullaşdırılmasına və sosial rifahın yüksəldilməsinə xidmət edəcək”,-deyə o əlavə edib.

Siyasi şərhçi qeyd edib ki, düzgün planlama və gələcək perspektivə hesablanmış dövlət qayğısı nəticəsində paytaxt Bakının yükü əhəmiyyətli dərəcədə azala, regionlar isə paytaxtdan asılı olmadan inkişaf edə bilər:

“Digər mühüm məqam şəhərsalma prosesinin tarixi-mədəni irsin qorunması ilə paralel aparılmasıdır. Təəssüf ki, paytaxt Bakı da daxil olmaqla bəzi ərazilərdə tarixi məkanlar ya baxımsız qalır, ya da səhlənkarlıq nəticəsində sıradan çıxır. Halbuki ölkənin bir çox şəhər və rayonlarında yerləşən tarixi abidələrin həm bərpasına, həm kompleks təmirinə, həm də müasir şəhərsalma modeli ilə inteqrasiyasına ehtiyac var. Şəhərlərin yenilənməsi tarixi irsin məhv edilməsi hesabına baş verməməlidir. Əksinə, memarlıq irsinin qorunması və müasir şəhər mühiti ilə harmoniyalı şəkildə inteqrasiya olunması şəhərlərin kimliyini və estetik dəyərini daha da artırır.

Nəticə etibarilə, şəhərsalma sahəsində islahatlar kompleks yanaşma tələb edir. Planlaşdırma, ekoloji davamlılıq, ağıllı texnologiyalar, tarixi irsin qorunması və regional inkişaf vahid strategiya çərçivəsində həyata keçirilməlidir. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu istiqamətdə institusional və ideoloji baza yaradır. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət yetirməsi qarşıdakı dövrdə görüləcək işlərin daha effektiv olacağına əminlik yaradır”.

Şəbnəm 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:508
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Dekabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri