Icma.az
close
up
RU
Şəhərsalma və Memarlıq İli” təşəbbüsü mühüm tarixi əhəmiyyət daşıyır

Şəhərsalma və Memarlıq İli” təşəbbüsü mühüm tarixi əhəmiyyət daşıyır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı dövlətçilik tariximizin iki mühüm mərhələsini əhatə edən bu dövr artıq arxada qalır. Bu məntiqi və ideoloji ardıcıllığın davamı kimi Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycan dövlətinin zəngin tarixi-mədəni irsinə verdiyi yüksək dəyərin və gələcəyə hesablanmış inkişaf strategiyasının ifadəsidir. Çünki memarlıq  xalqın keçdiyi tarixi yolu, formalaşmış dünyagörüşünü və estetik düşüncəsini nəsildən-nəslə ötürən mənəvi irsdir. Şübhəsiz ki, bu tarixi qərar xalqımızın rifahına, şəhər mühitinin daha da gözəlləşməsinə və milli kimliyimizin qorunmasına xidmət edəcək.

Sərəncamda qeyd olunduğu kimi Azərbaycanın şəhərsalma və memarlıq irsi uzun tarixi inkişaf yolu keçərək formalaşmış və hər dövrdə yüksək bədii-estetik səviyyəsi ilə seçilmişdir. Tarixi şəhərlərimiz müxtəlif mərhələlərdə genişlənib yeni funksiyalar qazansa da onların planlaşdırma quruluşunda və memarlıq simasında yerli mədəniyyətə məxsus cəhətlər qorunub saxlanılmışdır. Bu xüsusiyyətlər şəhər mühitinin milli kimliyi yaşadan mühüm amilə çevrilməsinə şərait yaratmışdır.

Respublika ərazisində dövlət mühafizəsində olan qalalar, karvansaralar, dini ibadət məkanları və memorial tikililər Azərbaycan memarlıq məktəbinin zəngin ənənələrini bu günədək yaşadan nadir nümunələrdir. Bu abidələr yalnız tarixi baxımdan deyil, eyni zamanda bədii həllinin kamilliyi ilə də seçilərək memarlıq irsimizin əsas simvollarına çevrilmişdir. Beynəlxalq səviyyədə tanınan və dünya mədəni irsi statusu almış nümunələr isə Azərbaycan şəhərsalma sənətinin ümumbəşəri dəyərini nümayiş etdirir.

XIX əsrin ortalarından etibarən şəhərlərin planlaşdırılmasında və memarlıq üslubunda müşahidə olunan dəyişikliklər xüsusilə Bakının inkişafında aydın görünməyə başlamışdır. Sənayeləşmə prosesləri fonunda paytaxt şəhəri Şərq və Qərb memarlıq elementlərinin vəhdətində özünəməxsus sima qazanmış, tarixi irs ilə müasirliyin harmoniyası formalaşmışdır.

Azərbaycanın şəhərsalma inkişafında Ulu Öndər Heydər Əliyevin rolu xüsusilə əhəmiyyətlidir. Onun təşəbbüsü ilə milli memarlıq ənənələri qorunmaqla yanaşı, müasir layihələrdə yaradıcı şəkildə tətbiq edilmişdir. Bu dövrdə şəhərlərin yenidən qurulması və bölgələrin planlı inkişafı həyata keçirilmiş, görkəmli memarların fəaliyyəti nəticəsində milli ruhu əks etdirən və eyni zamanda müasir dövrün tələblərinə cavab verən yeni memarlıq nümunələri formalaşmışdır. Beləliklə, müasir Azərbaycan şəhərlərinin unikal görünüşü və funksional strukturu məhz həmin strategiyanın məhsuludur.

Bununla yanaşı işğaldan azad olunmuş ərazilərimizin düşmən tərəfindən sistemli şəkildə dağıdılması və azadlıqdan sonra həmin ərazilərdə yeni şəhər və qəsəbələrin salınması, müasir memarlıq və şəhərsalma prinsiplərinin tətbiqi 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsini zəruri edən əsas amillərdən biridir. Bu qərar yalnız şəhərsalma və memarlıq sahəsindəki inkişafı stimullaşdırmaqla kifayətlənmir, eyni zamanda xalqımızın milli həmrəyliyini və dövlətçilik ideallarını gücləndirir, azad olunmuş torpaqlarda müasir və funksional yaşayış mühitinin yaradılmasına, tarixi irsin qorunmasına və regionların sosial-iqtisadi inkişafına yönəlmiş strateji prioritetləri əks etdirir. Beləliklə, “Şəhərsalma və Memarlıq İli” təşəbbüsü həm müasir inkişafın, həm də milli-mədəni dəyərlərin qorunmasının birgə təmin olunması baxımından ölkəmiz üçün mühüm tarixi əhəmiyyət daşıyır. Dövlətimiz və xalqımız üçün bu qərarın uzunmüddətli uğurlar gətirəcəyinə inanırıq.

Emin Bağırov,
siyasi şərhçi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Dekabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri