Icma.az
close
up
RU
Şəhərsalma və Memarlıq İli nin elan edilməsi üçün ciddi əsaslar var Deputatdan AÇIQLAMA

Şəhərsalma və Memarlıq İli nin elan edilməsi üçün ciddi əsaslar var Deputatdan AÇIQLAMA

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"BMT-nin Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarı ölkəmizin iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin bariz göstəricisidir".
Bunu Demokrat.az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib. 
O, bildirib ki, məhz bu amil, eləcə də Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi, bu ənənələrin milli mədəniyyətin əsas xüsusiyyətlərinin qorunması ilə ötən dövrlərin memarlıq tendensiyalarına uyğun müasir çağırışlarla uzlaşması, o cümlədən ölkənin sosial-iqtisadi inkişaf strategiyasında paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi kimi məqsədlərin mövcudluğu 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi üçün ciddi bazis rolunu oynadı:
"Məlumdur ki, dayanıqlı şəhərlər və icmalar BMT-nin Azərbaycanda şəhər və yaşayış məntəqələrinin açıqlığının, təhlükəsizliyinin, davamlılığının və ekoloji dayanıqlılığının təmin edilməsinə nail olmaq istiqamətində səyləri əhatələyən Dayanıqlı İnkişaf Məqsədlərindən biridir. Bu məqsəd, eyni zamanda gələcək nəsillərin ehtiyaclarını nəzərə alaraq və hər kəs üçün əlçatan, səmərəli və ekoloji cəhətdən sağlam yaşayış mühiti yaradılmasını nəzərdə tutur". 
Deputat bildirib ki, Azərbaycan Respublikasının Vətən müharibəsi və antiterror tədbirlərində böyük Zəfərinin ardınca işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri, o cümlədən əhalinin təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması istiqamətində atılan addımlar, heç şübhəsiz ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədi hesab edilən amillərin, o cümlədən 11-ci məqsədin realizəsi istiqamətində ən uğurlu praktik addım sayıla bilər:
"Üstəlik, nəzərə alsaq ki, Azərbaycanın Böyük Qayıdışı realizə etdiyi Qarabağ və Şərqi Zəngəzur ərazicə dünyanın 70 ölkəsindən daha böyük sahəni əhatələyir və bu bölgənin dövlət proqramlarına müvafiq olaraq yaşıl enerji zonası elan edilməsi, üstəlik qısa müddət ərzində 100-dən artıq yaşayış məntəqəsində, o cümlədən 12 şəhərdə planlaşdırma sənədlərinin hazırlanaraq quruculuq istiqamətində real addımların atılması, əlbəttə, Azərbaycanın istər şəhərsalma təcrübəsinin, istərsə də BMT-nin 11-ci dayanıqlı inkişaf məqsədinin hədəfə çatımlığı baxımdan müstəsna nümunə hesab edilə bilər".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Yanvar 2026 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri