Icma.az
close
up
RU
“Şəhərsalma və Memarlıq İli” sənədsiz evlər üçün ümid ili olacaqmı? AÇIQLAMA

“Şəhərsalma və Memarlıq İli” sənədsiz evlər üçün ümid ili olacaqmı? AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Azərbaycanda, xüsusilə də paytaxt Bakı şəhərində sənədsiz yaşayış evlərinin sayı kifayət qədər yüksəkdir. Mövcud məlumatlara əsasən, Bakıda təxminən 500 mindən artıq evin mülkiyyət hüququnu təsdiqləyən çıxarışı yoxdur.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi fonunda belə bir sual aktuallaşır ki, cari il ərzində sənədsiz evlərin sayının azaldılması istiqamətində konkret və real nəticələrin əldə olunması mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, qeydiyyatsız evlərin sənədləşdirilməsi prioritet məsələlərdən biridir və bununla bağlı artıq hökumətdə konsepsiyanın hazırlanması və tamamlanması üzərində işlər gedir:

"Nəzərə alsaq ki, rəsmi açıqlamalara görə, ilkin mərhələdə təxminən 100 000 qeydiyyatsız evi əhatə edən konsepsiyanın qəbulu nəzərdə tutulur. Yəni bu o deməkdir ki, 100 000 sənədsiz evə çıxarışın verilməsi təmin olunacaq. Təbii ki, burada qiymətləndirmələr davam edir və bizim təkliflərimiz də məhz prosesin daha yaxın zamanda başlanması ilə bağlıdır. Xüsusən 2026-cı ildə bu prosesə başlanılması daha məqsədəuyğun olardı. Çünki bu, praktiki olaraq həmin evlərin sənədləşdirilməsinə, mülkiyyət hüququnun tanınmasına və onların iqtisadi aktiv fəaliyyətə cəlb edilməsinə gətirib çıxara bilər. Bu kontekstdə biz birmənalı şəkildə konsepsiyaya uyğun olaraq qeydiyyatsız evlərin daha tez sənədləşdirilməsini və bununla bağlı sənədin qəbulunu məqsədəuyğun hesab edirik. O baxımdan ümid edirik ki, 2026-cı ildə qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı artıq yeni addımların atılmasını müşahidə edəcəyik".

Milli Məclisin komitə sədri Fazil Mustafa da hesab edir ki, bu evlərin böyük əksəriyyətinə sənədlər verilməlidir:

"Lakin bu proses əvvəllər də hökuməti düşündürürdü, addımlar da atıldı, sonra isə dayandı. Ümid edirəm ki, Dövlət Şəhərsalma və Memarlıq Komitəsində bu məsələyə xüsusi diqqət yetiriləcək. Əks halda, bu problem gələcəyə qalsa, daha böyük fəsadlar törədəcək. Çünki biz insanların yaşayışını leqallaşdırmalıyıq. Yəni bu, həm də bölgələrə qayıdış üçün olduqca vacib amillərdən biridir. Sənədləşdirmə prosesi və ya Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin bu istiqamətdəki fəaliyyəti ümid edirik ki, bu il ərzində daha da güclənəcək".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Yanvar 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri