Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Şəhərsalma və memarlıq: Tarixi davamlılıq və Prezident İlham Əliyevin qurucu liderliyi TƏHLİL

Şəhərsalma və memarlıq: Tarixi davamlılıq və Prezident İlham Əliyevin qurucu liderliyi TƏHLİL

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 11 fevral, AZƏRTAC

Azərbaycanın şəhərsalma və memarlıq sahəsində əldə etdiyi nəticələr ayrı-ayrı layihələrin, təsadüfi qərarların və ya mövsümi təşəbbüslərin cəmi deyil. Bu proses dərin tarixi köklərə, ardıcıl siyasi iradəyə və güclü dövlət idarəçiliyinə söykənən uzunmüddətli milli strategiyanın məhsuludur. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi də bu strategiyanın məntiqi davamı, artıq formalaşmış modelin siyasi təsdiqi kimi çıxış edir. Bu modelin əsasında isə iki böyük mərhələ və iki lider dayanır: Heydər Əliyevin yaratdığı dövlətçilik məktəbi və Prezident İlham Əliyevin bu məktəbi müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirməsi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərov söyləyib.

Planlı şəhərlər üzərində qurulan güclü dövlət anlayışı

Son 20 ildə şəhərsalma sahəsində strateji xətt yeni məzmun, yeni miqyas və yeni sürət qazandı. Şəhərsalma siyasəti ilk dəfə olaraq yalnız daxili sosial-iqtisadi inkişaf aləti kimi deyil, Azərbaycanın beynəlxalq mövqeyini formalaşdıran əsas faktor kimi nəzərdən keçirilməyə başlandı. 2004–2024-cü illər ərzində ölkə üzrə on minlərlə kilometr avtomobil yolu çəkildi, şəhər və rayon mərkəzlərində su, qaz, elektrik və rabitə sistemləri əsaslı şəkildə yeniləndi. Regionların sosial-iqtisadi inkişaf proqramları şəhər-kənd fərqini kəskin şəkildə azaltdı və urbanizasiyanı nəzarətsiz prosesdən dövlət tərəfindən idarə olunan mexanizmə çevirdi.

Bu gün Azərbaycanda 79 şəhər mövcuddur və onların böyük əksəriyyəti üzrə şəhərsalma sənədləri, master-planlar hazırlanıb və ya yenilənib. Bu planlar 20–30 illik perspektivi əhatə edir və əhali artımı, nəqliyyat yükü, ekoloji tarazlıq, sosial infrastruktur kimi faktorları öncədən nəzərə alır. Xüsusilə Bakı şəhəri üçün 2040-cı ilə qədər nəzərdə tutulmuş Baş Plan Prezident İlham Əliyevin şəhərsalma siyasətində spontanlığa yer olmadığını açıq şəkildə göstərir. Burada hər qərar dövlət marağı prizmasından qiymətləndirilir və uzunmüddətli nəticəyə hesablanır.

Yeni urbanistik konsepsiyalar

Prezident İlham Əliyevin şəhərsalma siyasətində ən fərqləndirici cəhətlərdən biri yeni urbanistik konsepsiyaların tətbiqidir. 2021-ci ildən etibarən “ağıllı şəhər” və “ağıllı kənd” modelləri dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Rəqəmsal idarəetmə, enerji səmərəliliyi, ekoloji balans və insan mərkəzli yanaşma artıq şüar deyil, konkret layihələrdə öz əksini tapır. Bu yanaşmanın ən parlaq nümunəsi isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma prosesidir. 2020-ci ildən sonra azad edilmiş ərazilərdə şəhərlər faktiki olaraq sıfırdan qurulur. Burada təkcə evlər və yollar deyil, gələcəyin şəhər modeli formalaşdırılır. Tarixi irs müasir texnologiyalarla uzlaşdırılır, infrastruktur əvvəlcədən planlaşdırılır, demoqrafik və iqtisadi strategiyalar nəzərə alınır. Bu, dünya praktikasında nadir rast gəlinən post-münaqişə urbanizasiya nümunəsidir.

Şəhərsalma siyasətinin hüquqi və institusional möhkəmləndirilməsi Prezident İlham Əliyevin fərman və sərəncamlarında aydın şəkildə görünür. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu sahənin milli prioritet səviyyəsinə qaldırıldığını təsdiqlədi.

Azərbaycanın 2026-cı ildə BMT-nin Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi də bu siyasətin beynəlxalq miqyasda tanınmasının göstəricisidir. On minlərlə iştirakçını və yüzlərlə şəhər rəhbərini bir araya gətirən bu forumun Bakıya həvalə olunması Azərbaycanın artıq urbanizm sahəsində təcrübə alan deyil, təcrübə təqdim edən ölkəyə çevrildiyini nümayiş etdirir. Bu, Prezident İlham Əliyevə və onun komandasına beynəlxalq etimadın real ifadəsidir.

“Nəticə etibarilə, Azərbaycanın şəhərsalma və memarlıq sahəsində formalaşdırdığı model tarixi siyasi davamlılığın, güclü dövlət ağlının və qətiyyətli liderliyin məhsuludur. Heydər Əliyev bu modelin ideoloji və institusional əsaslarını yaratdı, Prezident İlham Əliyev isə onu müasir dünyanın tələblərinə uyğun şəkildə genişləndirdi, dərinləşdirdi və qlobal səviyyəyə çıxardı. Bu gün Azərbaycan şəhərləri sadəcə yaşayış məkanı deyil, dövlət gücünün, milli ləyaqətin və gələcəyə inamın maddi ifadəsidir. Bu şəhərlərin arxasında isə tərəddüd etməyən liderlik, məsuliyyət daşıyan komanda və dövlətçilik məntiqi dayanır”, - deyə K.Qənbərov əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Fevral 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see329

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see314

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see290

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see278

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see273

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see270

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see269

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see263

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see255

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see249

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see243

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see237

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see235

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see232

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see221

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see216

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see214

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see195

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see194

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri