Icma.az
close
up
RU
Menu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

Alimlər qanadsız külək turbinini yaradıblar...

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

Əhmədinejat öldürülüb? Ofisi məlumat yaydı

ASC və MMC yə məxsus əmlaklar hərraca çıxarılacaq

“Zəngəzur dəhlizi açılacaq, başqa yol yoxdur”

Hansı ölkələr İrana kömək edir? Gizli dəstəyin gizli tərəfləri ŞƏRH

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

İrandan mal gətirənlərə PİS XƏBƏR Bahalaşma…

Survivor dan qazancı məlum oldu

İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

SEPAH İsrailə qarşı “10 cu dalğa”ya BAŞLADI

Ermənistan polisi rusiyalı iş adamı Samvel Karapetyanın evində axtarışlara başlayıb

Şoyqunun Pxenyan səfərinin səbəbi məlum OLDU

Güclü Lider Güclü Dövlət: Prezident İlham Əliyevin liderliyi və siyasi strategiyası TƏHLİL

Güclü Lider Güclü Dövlət: Prezident İlham Əliyevin liderliyi və siyasi strategiyası TƏHLİL

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Dünya çoxsaylı münaqişələr, toqquşmalar və müharibələrlə çalxalanmağa davam edir. İstər Yaxın Şərq, istər Avropa, istərsə də Asiya məkanında gedən proseslər bir daha göstərir ki, çox vaxt müharibələr tam nəticə ilə yekunlaşmır, bəzi hallarda yarımçıq qalır və ya zamanla yeni formaya düşür. Bununla yanaşı, müasir müharibələr siyasi, iqtisadi və informasiya texnologiyalarının təsiri altında daha kompleks xarakter daşıyır.

Azərbaycanın qazandığı tarixi qələbə isə müsbət istisna hesab oluna bilər. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu bütün dünya üçün nümunəvi bir döyüş taktikası sərgilədi. Bu müharibə sərf edilən səbrin, siyasi diplomatiyanın və xalq iradəsinin təzahürü oldu.

Azərbaycanın müstəsna qələbəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirakı zamanı etdiyi çıxışda da tarixi qələbəmiz barədə danışıb: “44 gün ərzində bizim Ordumuz, bütün Silahlı Qüvvələrimiz ancaq irəliyə gedirdi və hər bir kəndin, hər bir qəsəbənin azad olunması Ordumuza, bütün xalqımıza əlavə ruh verirdi. Özü də böyük yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi xüsusi əhəmiyyətə malik idi. Suqovuşan kəndi birinci kənd idi ki, işğalçılardan azad edildi. Təkcə bununla bu kəndin əhəmiyyəti məhdudlaşmır. Çünki bildiyiniz kimi, bunun çox böyük strateji əhəmiyyəti var. Bax, bu kəndin ətrafında və su anbarının ətrafında yerləşən bütün mövqelərdə qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun şəxsi heyəti yerləşmişdi. Hərbi nöqteyi-nəzərdən bu kəndi işğalçılardan azad etmək həm böyük qəhrəmanlıq tələb edirdi, həm də fədakarlıq tələb edirdi. Bizim hərbçilərimiz də öz canlarından keçərək, özlərini güllələrin qabağına verərək, bu şərəfli missiyanı yerinə yetirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar 30 ildən sonra öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər və həm İkinci Qarabağ müharibəsi dövründə, həm də antiterror əməliyyatı dövründə böyük qəhrəmanlıq göstərmişlər.

Tarix boyu müharibələr nəticə etibarılə qaliblərin tam üstünlüyünü təmin etmirdi. Hətta İkinci Dünya müharibəsindən sonra bir çox regionlarda sülh və sabitlik qərar tapsa da, bəzi hallarda bu nəticə nisbəti idi. Bununla yanaşı, müasir müharibələr çox vaxt geosiyasi maraqlara dayanır, bu da qələbənin mənasını nisbi edirdi. Azərbaycan dövləti və ordusu isə müharibəni beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə apardı, dövlət suverenliyini tam bərpa etdi və çoxdan həll edilməyən Qarabağ müaqiləsini sonlandırdı. Bu baxımdan, dünya təcrübəsində böyük dəyişikliyə yol açan bir halın şahidi olduq.

Prezident İlham Əliyev Suqovuşanda çıxışda bu məsləyə toxunaraq bildirib ki, “Hətta İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Rizvan Nəbiyev də APA-ya açıqlamasında deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məharətli hərbi və düşünülmüş siyasi-diplomatik strategiyası nəticəsində torpaqlarımızın işğalına son qoyulub: “Bununla regionda yeni siyasi və geosiyasi reallıq yarandı. Bu reallıq beynəlxalq hüquqa əsaslanır və gələcəkdə əməkdaşlığın, inkişafın və inteqrasiyanın həyata keçirilməsi üçün fundamental baza təşkil edir. Azərbaycan Prezidentinin torpaqlarımızın işğaldan azad edilməsi və işğalın nəticələrinin aradan qaldırılması ilə bağlı siyasətində bir neçə əsas mərhələ və istiqamət vurğulanmalıdır. İşğal dövründə uzaqgörən dövlət xadimi kimi onun hərbi sənayenin inkişafı, ordu quruculuğu və dövlətin iqtisadi gücünün artırılması sahəsində apardığı strategiya, eləcə də xalq və hakimiyyət birliyi nəticəsində 44 günlük Vətən müharibəsi və sonrakı bir günlük antiterror əməliyyatları uğurla başa çatdı. Bununla da dövlət müstəqilliyimiz, suverenliyimiz və ərazi bütövlüyümüz tam şəkildə bərpa olundu”.

Güclü Lider – Güclü Dövlət konsepsiyası

Ali Baş Komandan İlham Əliyevin liderliyi altında Azərbaycanın qazandığı uğurlar, xüsusilə də Qarabağ münaqişəsinin həlli prosesində onun rolu, güclü dövlət və güclü lider anlayışının təsdiqi kimi dəyərləndirilə bilər. İlham Əliyevin bütün proseslərə şəxsən nəzarət etməsi, məsələləri incə detallarına qədər bilməsi və düzgün qərarlar qəbul etməsi dövlət idarəetməsində effektivliyi və strateji baxışı ön plana çıxarır. O, müasir beynəlxalq münasibətlərin mürəkkəbliyini nəzərə alaraq, milli maraqları müdafiə edən və ölkənin təhlükəsizliyini təmin edən siyasət yürüdüb.

Güclü Lider – Güclü Dövlət konsepsiyası Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədə də özünü göstərdi. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, diplomatik bacarığı və hərbi strategiyası Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində əsas amillərdən biri oldu. O, beynəlxalq arenada informasiya müharibəsini də uğurla apararaq Azərbaycanın haqq işini dünyaya çatdırdı. Eyni zamanda, dövlətin iqtisadi, hərbi və sosial sahələrdə güclənməsi Prezidentin həyata keçirdiyi islahatlarla bilavasitə bağlıdır. Güclü liderin rəhbərliyi altında ölkənin siyasi stabilliyi, inkişaf strategiyası və beynəlxalq nüfuzu möhkəmlənib.

Rizvan Nəbiyevin fikrincə, hərbi əməliyyatlar zamanı Azərbaycan Prezidentinin Ali Baş Komandan kimi rəhbərliyi, eyni zamanda, beynəlxalq ictimaiyyət qarşısında ölkəmizin haqlı mövqeyini müdafiə etməsi xüsusi diqqət çəkir: “Onun dünya mediasına verdiyi müsahibələr, beynəlxalq hüquqa əsaslanan siyasi səyləri bu gün də öyrənilir. Hətta ABŞ-ın hərbi məktəblərindən birində Azərbaycanın Qarabağ müharibəsində tətbiq etdiyi strategiya, xüsusilə Şuşa və Hadrut əməliyyatları dərindən araşdırılır”.

Ermənilərin illər boyu qurduğu mühəndis istehkamları

Ermənistanın işğal etdiyi ərazilərdə uzun illər ərzində mühəndis-istehkam qurğuları, beton səngərlər, mina sahələri və digər müdafiə sistemləri qurulmuşdu.

Azərbaycan hərbi texnologiyaların, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA), dəqiq zərbə endirən silahların və müasir döyüş taktikalarının geniş tətbiqi ilə bu müdafiə xəttini qısa müddətdə yararaq uğurlu əks-hücum həyata keçirdi. Bundan başqa, xüsusi təyinatlı qüvvələrin və peşəkar hərbçilərin yüksək hazırlıq səviyyəsi də Azərbaycanın uğur qazanmasında mühüm rol oynadı.

Prezident İlham Əliyev Suqovuşanda çıxışı zamanı vurğulayıb: “Düşmən işğal dövründə elə güclü istehkamlar qurmuşdu ki, onları yarmaq həm qəhrəmanlıq, həm də peşəkarlıq tələb edirdi. Hətta bir çoxları əmin idi ki, biz heç vaxt o müdafiə xətlərini keçə bilməyəcəyik. Çünki relyef düşmənin xeyrinə işləyirdi, illər boyu qurduqları mühəndis istehkamları onların xeyrinə işləyirdi. Xarici qüvvələr, xarici ölkələr onların arxasında idi - ilk növbədə, guya bu məsələ ilə məşğul olmaq mandatını alan ATƏT-in Minsk qrupu. Onların əsas məqsədi bu münaqişəni əbədi etmək, torpaqlarımızı əbədi işğal altında saxlamaq, gözdən pərdə asmaq, bizim başımızı aldatmaq və sonsuz danışıqları aparmaqla bu reallığı bizə qəbul etdirmək idi. Onların hər üçünün məqsədi bu idi, burada bunların üçü də bir amal uğrunda birləşmişdi. Halbuki bu ölkələrin arasındakı indiki münasibətlər göstərir ki, bu, çox nadir bir hal idi. Yəni, nəyi göstərirdi, hər üçü Ermənistanın arxasında idi, hər üçü müxtəlif yollarla Ermənistanı dəstəkləyirdi. Biri silah verirdi, biri siyasi dəstək verirdi, biri iqtisadi imtiyaz verirdi. Bax, biz buna qarşı mübarizə aparmışıq, buna qarşı müharibə aparmışıq. İkinci Qarabağ müharibəsi başlayanda bilinmirdi kim özünü necə aparacaq. Mən böyük gücləri nəzərdə tuturam. Belə bir ağır siyasi mühitdə, belə bir ağır relyefdə, belə bir ağır istehkamlarla dolu olan ərazilərdə cəmi 44 gün ərzində düşməni böyrü üstə qoymaq xalqımızın gücünü göstərir.”

Ermənilərin uzun illər ərzində keçilməz sərhədlər və digər miflər yaratdığını xatırladan Rizvan Nəbiyev 44 günlük Vətən müharibəsində bu miflərin tamamilə darmadağın edildiyini qeyd edir.

Azərbaycan şanlı qələbə qazandı. Eyni zamanda, Prezidentin apardığı düşünülmüş siyasət, verdiyi müsahibələr, beynəlxalq təşkilatlarda çıxışları və strateji addımları Azərbaycanın informasiya sahəsində də üstünlük əldə etməsini təmin etdi. Hazırkı mərhələ isə yeni yaranmış şəraitdə regional inteqrasiyanı ön plana çıxarır. Bu istiqamətdə atılacaq addımlar xüsusi əhəmiyyət kəsb edir”, - deyə Rizvan Nəbiyev vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Mart 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see246

Alimlər qanadsız külək turbinini yaradıblar...

17 İyun 2025 20:37see199

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

18 İyun 2025 01:07see169

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

18 İyun 2025 01:26see152

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

18 İyun 2025 01:31see135

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see126

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

17 İyun 2025 17:04see123

Əhmədinejat öldürülüb? Ofisi məlumat yaydı

17 İyun 2025 23:39see121

ASC və MMC yə məxsus əmlaklar hərraca çıxarılacaq

18 İyun 2025 15:24see120

“Zəngəzur dəhlizi açılacaq, başqa yol yoxdur”

17 İyun 2025 23:25see120

Hansı ölkələr İrana kömək edir? Gizli dəstəyin gizli tərəfləri ŞƏRH

17 İyun 2025 21:26see120

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

18 İyun 2025 01:15see119

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

17 İyun 2025 19:27see119

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

18 İyun 2025 17:16see118

İrandan mal gətirənlərə PİS XƏBƏR Bahalaşma…

17 İyun 2025 15:54see115

Survivor dan qazancı məlum oldu

18 İyun 2025 17:25see114

İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

17 İyun 2025 20:19see114

SEPAH İsrailə qarşı “10 cu dalğa”ya BAŞLADI

17 İyun 2025 20:38see114

Ermənistan polisi rusiyalı iş adamı Samvel Karapetyanın evində axtarışlara başlayıb

17 İyun 2025 18:51see114

Şoyqunun Pxenyan səfərinin səbəbi məlum OLDU

17 İyun 2025 15:45see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri