Şəhid anası: Xoşbəxtəm ki, yeganə oğlumu vətən uğrunda şəhid olacaq dərəcədə vətənpərvər böyütmüşəm
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Doğma yurdlarına dönən insanların müəyyən kədəri olsa da, sevincləri daha çoxdur.
Bunu “Report”un Xocalıya ezam olunan əməkdaşı ilə söhbət zamanı Xocalı sakini, Vətən müharibəsinin şəhidi Əlzamin Ramazanın anası Adilə Ramazanova deyib.
O, doğma yurda qayıdan insanların özlərini xoşbəxt hesab etdiklərini bildirib:
“İndi burada qürurla gəzirik, doğma yurdumuza döndüyümüz üçün şükür edirik. Mən həm də bir ana kimi çox xoşbəxtəm ki, burada doğulmayan övladıma da ata-baba yurdunu sevdirməyi bacarmışam.
Torpaqlarımıza fəxrlə qayıtmışıq. Onu da bildirim ki, bu qürurlu, sevincli anlarımın yanında bir kədər və üzüntü də var. Lakin kədərim nə qədər acı olsa da, sevincim daha çoxdur. Çünki torpaqlarımız artıq azaddır.
Xalqımızın başının uca olduğu bu qürurlu anlara görə ölkə başçısına bir şəhid anası olaraq təşəkkür edirəm. Şanslı Azərbaycan qadını və bir Azərbaycan igidinin anası kimi bu uğurları gördüyüm üçün çox şadam”.
Baxış sayı:90
Bu xəbər 15 Yanvar 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















