Icma.az
close
up
RU
Şəhid vəsiyyəti: “Oğlumu vətənpərvər böyüt”

Şəhid vəsiyyəti: “Oğlumu vətənpərvər böyüt”

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Vətən həsrətinə son qoymaq uğrunda aparılan otuz illik əks-hücum əməliyyatlarında canını fəda edən Şixmuradov Kamil Şixəmməd oğlu 1997-ci ilin iyul ayında SHXÇDX Xaçmaz rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

1997–1999-cu illərdə Naxçıvan MR-da N saylı hərbi hissədə sürücü-elektrik, 1999-cu ilin fevral-iyul aylarında N saylı hərbi hissədə atıcı vəzifəsində müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılıb. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Dəmir Yollarının Təhlükəsizlik Xidmətinin Yalama Yüklərin və Obyektlərin Təhlükəsizliyi komandasında atıcı vəzifəsində çalışıb. 2014-cü ildən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə daxil olaraq "mühəndis-istehkamçı" ixtisası üzrə manqa komandiri və taqım komandirinin müavini-manqa komandiri kimi xidmət edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə, komandalıq tərəfindən baş çavuş hərbi rütbəsi verilib. Şəhidimiz, həmçinin 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub , Lələtəpə uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. 2018-ci ildə Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibəti ilə "Azərbaycan Ordusu 1918-2018" yubiley medalı ilə təltif edilib. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin  Sərəncamlarına əsasən Kamil Şixmuradov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Anası Sürəyya xanım söyləyir ki, Kamil çox istiqanlı olub. Bir dəfə də olsun heç kimə acıqlanmadı, səsini qaldırmadı, xətrinə dəymədi. Gülərüz, xoşxasiyyət idi. Uzaqda olmağına baxmayaraq, ailəsinə, uşaqlarına çox bağlı idi. Sonuncu dəfə məzuniyyətə gələndə dedim ki, ay oğul, uşaqların atası yanlarında gərək. Çıx gəl daha. Böyüyürlər, səni istəyirlər, burda ol, yanlarında ol. Gözlərimə baxdı, dedi ki, məni sən belə tərbiyə edibsən. Oğlumu da mənim kimi vətənpərvər böyürdərsən. Uşaqlarım sənə əmanətdir. Dedi və getdi. Son görüşə gedəndə oğlunu da aparmışdıq. Uşaq baxdı-baxdı ona, dedi ki, ata, mən də hərbi forma istəyirəm. Atam kimi olmaq istəyirəm. O da elə Beyləqanda onun üçün hərbi geyim sifariş etdi. Özünə qismət olmadı, təəssüf ki. Gətirib geyindirə bilmədi, görə bilmədi balasını həmin o formada. Dostları sağ olsun, götürüb gətirdilər, uşağa geyindirdilər. Əminəm ki, o gördü, o hiss etdi bunu, ruhu şaddır. Müharibə başlayanda Bakıda gözümdən əməliyyat olunmuşdum. Çox da tez-tez zəng vurmurdum. Gecə vaxtı telefonda o biri oğlum Mehmanla danışanda eşitdim ki, deyir anam bilməsin.        

Qardaşı-ehtiyatda olan polkovnik-leytenant Mehman bildirir ki, 2014-cü ildə Beyləqanda xidmət edirdim. Həmin il MAXE-lərin orduya kütləvi qəbulu başladı. Ordunu professional səviyyəyə çatdırmaq üçün belə bir işə başlanıldı və elan olundu. Həmin dövrdə də mən nizami hissədə çalışırdım. Kamil və iki dayım oğlu səfərbərlik xidmətinə müraciət etdilər və hərbi xidmətə başladılar. Elə oldu ki, apreldə onlar gəldi, may ayının 19-da mən təyinatla Bakıda-Silahlı Qüvvələrin Baş Qərargahında xidmətimi davam etdirməli oldum. Amma orda mənimlə çiyin-çiyinə xidmət göstərən zabitlərlə əlaqə saxlayır, Kamili soruşurdum. O, mənə həmişə başucalığı gətirdi. Mən onunla fəxr edirdim. Hər dəfə xoş xəbərini, xoş sədasını eşidəndə ürəyim dağa dönürdü. Çox məsuliyyətli olduğundan, ən ağır, ən çətin işlərə təyin olunurdu. Özü də elə buna can atırdı.

2020-ci ilin sentyabrın 26-da, axşamüstü mənə şəkillər göndərdi, yazdı ki, qardaş, biz getdik... Mən başa düşdüm ki, bunlar döyüşə gedir. Gündüzlər zəng vurmurdum, gərgin işləyirdilər. İmkan olanda danışırdıq. Füzuli rayonunun Alxanlı kəndində idi ermənilərlə təmas xətti. Elə ordan başlamışdılar. Mühəndis-istehkam qoşun növü elə bir qoşun növüdür ki, onlar olmadan nə xüsusi təyinatlılar, nə kəşfiyyatçılar hücuma keçə bilər. Birinci bunlar ərazini minalardan təmizləyib keçid açmalıdırlar ki, qabağa getmək mümkün olsun. Kamil xidmət etibarı ilə ən ağır xidmət keçib, ən ağır döyüşlərdə iştirak edib. Çünki aprel döyüşlərindən sonra ermənilər istehkamlarını daha da möhkəmləndirmişdilər. Beton sədlərdən öncə torpaq sədlər qaldırılmışdı. Bunu bizim tankların, texnikaların önə keçə bilməməsindən ötrü etmişdilər. Kamilgilin dəstəsi həmin ərazini minalardan zərərsizləşdirəndən sonra ilk keçid açılıb. Füzuli alınandan sonra Cəbrayıla gediblər. Hərdən danışırdıq, hər şeyin yaxşı olacağını deyirdi, qələbəyə inanırdı. Noyabrın 1-də Qubadlıda Həkəri çayının sahilində, Sarıyataq kəndində idi. Laçına doğru qoşunlarımızın içəriyə keçə bilməsi üçün alternativ yol açırdılar.

Noyabrın 6-da Qubadlı-Laçın istiqamətində gedən şiddətli döyüşlər zamanı, düşmən arxasına sızmağa çalışan kəşfiyyat qruplarına keçid açdıqdan sonra ara bir az sakitləşib. Kamil olduğu yerdən su götürmək üçün bir az aralanıb. Və həmin vaxt məruz qaldıqları düşmənin artilleriya atəşi nəticəsində aldığı ağır xəsarətlərdən döyüş meydanında qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Mən Bakıda idim, zəng vurdular. Sanki xəbəri bilib-bilmədiymi yoxlamaq istəyiblər. Amma deməyə ürək etməyiblər. Zabitlərdən biri, axır ki, özündə cəsarət tapıb zəng vurdu, amma onun da deməyə dili gəlmədi. Səsindən, danışığından başa düşdüm ki, Kamili itirmişik. Özüm də hərbçiyəm, bilirdim ki, hər şey ola bilər. Kamil 2020-ci il noyabrın 7-də Xaçmaz rayonunun Fərzəlioba kənd qəbiristanlığında dəfn etdik. Mən fəxr edirəm ki, qardaşım hərbi xidmətini layiqincə başa vurub. Vətənə borcunu Şərəflə, vicdanla yerinə yetirib".

Müşfiq MİRZƏ               
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2026 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see189

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see149

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see145

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see145

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see143

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see142

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see138

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see137

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see128

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see127

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see127

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see127

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see126

Gənc yaşda dodaq dolğusunun fəsadları barədə XƏBƏRDARLIQ

29 Sentyabr 2026 14:06see126

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see126

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see126

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see126

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see126

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see125

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri