Icma.az
close
up
RU
Şəhid atası: Bizi ayaqda tutan, qürurlandıran odur ki, Xocalının qisası alındı

Şəhid atası: Bizi ayaqda tutan, qürurlandıran odur ki, Xocalının qisası alındı

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daşkəsən, 6 oktyabr, Vüsalə Cənnətova, AZƏRTAC

44 günlük Vətən müharibəsində neçə-neçə Azərbaycan oğulu böyük hünərlə ana yurdun bütövlüyü, təhlükəsizliyi naminə özlərini odun-alovun içinə ataraq qanları ilə Zəfər tariximizi yazdılar. Vətənə sevgisindən, onun qarşısındakı borcun məsuliyyətindən, milli qürur hissindən güc alaraq ən uca igidlik, qəhrəmanlıq zirvəsini fəth edənlərin bir qismi bu dünyadan qəlblərə köçərək şəhid adı qazandılar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, belə oğullarımızdan biri də Xüsusi Təyinatlı Qüvvələrin əsgəri Muraz Cabbarovdur.

Cabbarov Muraz İlham oğlu 2000-ci il martın 7-də Daşkəsən rayon Zağalı kəndində anadan olub. Qazaxyolçular tam orta məktəbini bitirən Muraz 2018-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Şəhidin atası İlham Cabbarov deyir ki, Muraz elə uşaq yaşlarından vətənpərvər olub. Vətən qarşısında borcunu ödəmək üçün həqiqi hərbi xidmətə böyük həvəslə yollanıb.

“Hərbi xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam etdirdi. Həmişə silahlarla necə davranmağı çox öyrənmək istəyirdi. Hərbi xidməti zamanı da sevinirdi ki, ona bunları lazımınca öyrədirlər. Çox məsuliyyətli idi. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində də igidlik göstərdi, cəsur davrandı, yoldaşları ilə birgə üzərinə düşən tapşırıqları yerinə yetirdi. Sonda isə Vətən uğrunda şəhid oldu”, - deyə İlham Cabbarov bildirir.

Az bir zamanda döyüş sirlərinə yiyələnən və bir çox silahlardan istifadə etməyi bacaran Muraz Cabbarov Kəlbəcər və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 20-də Füzuli istiqamətində gedən döyüş zamanı snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub. Noyabr 2-də Daşkəsən Şəhidlər Xiyabanında dəfn edilib.

“Həmin gün sanki kürəyimə bıçaq sancıldı. Ürəyimdə narahatlıq var idi. Zəng edib, oğlumun şəhid olduğunu öyrəndim, nəşi tapılan günədək evdə deyə bilmirdim. Qürur duyuram ki, Vətən uğrunda elə bir oğul böyütdüm. Əsrlərin qələbəsi olan bu qələbə Prezidentimizin uğurlu siyasətinin, Ordumuzun peşəkarlığının, xalqımızın birliyinin qələbəsi oldu, Xocalı ləkəsini alnımızdan sildi. Oğul dərdi çox ağır dərddir, amma bu gün bizi ayaqda tutan, qürurlandıran odur ki, Xocalının qisası alındı”, - deyə şəhid atası vurğulayır.

Şəhidin anası Zeynəb Cabbarova da övladının şəhidlik zirvəsinə yüksəlməsi ilə qürur duyduğunu deyir: “Muraz yaxşı oğul olub. Deyirdi ki, “qarğa kimi çox yaşamaqdansa, qartal kimi ömrüm olsun, adım qalsın”. Həmişə söyləyirdilər ki, “oğul düşmən çəpəridir”. Mən də deyirdim ki, görən nəyə görə belə deyirlər. Demək ki, həqiqətən belə imiş. Onunla həmişə fəxr edirdim. Yenə də fəxr edirəm, çünki o, ad qoyub getdi. Şəhid adı böyük bir ucalıqdır. Biz ölüb getsək də, balam həmişə yaşayacaq”, - deyən Zeynəb Cabbarova əlavə edir ki, Muraz 4 qardaşı ilə yanaşı, yetişən nəsillər üçün də qəhrəmanlıq örnəyidir.

Şəhid Muraz Cabbarov Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra III dərəcəli “Rəşadət” ordeni, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri