Icma.az
close
up
RU
Şəhid atası: “Məni aparmadılar, oğlum da döyüşə getməsəydi, özümü bağışlaya bilməzdim” VİDEO

Şəhid atası: “Məni aparmadılar, oğlum da döyüşə getməsəydi, özümü bağışlaya bilməzdim” VİDEO

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

İsrafil Zülfüqar oğlu İbrahimov 1997-ci il oktyabrın 16-da Bakı şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan İsrafil İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 26-da Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub.

Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə İsrafil İbrahimov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə","Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ağdamlı olan şəhid rayonun Quzanlı kəndində torpağa tapşırılıb.

Ölkə.Az anım ildönümündə şəhidimizin valideynləri Zülfüqar və Səbinə İbrahimovlarla söhbətləşib.

Zülfüqar bəy oğlunu müharibəyə yola saldığı günü belə xatırlayır:

“Getdiyi gün özüm yola saldım. Xeyir-duamızı verdik ki, sağ-salamat qələbə ilə qayıtsınlar. Müharibə dövründə əlaqə yaratmaq çətin idi, şəbəkə olmurdu. O vaxtdan sonra cəmi 3-4 dəfə telefonda danışa bilmişdik. Sonuncu dəfə şəhid olmamışdan bir gün qabaq hamımızla, qohum-əqrəba ilə də danışdı. Halallıq istəyirdi. 
Dedim, bizim nə haqqımız var sizə halal edək?! Siz haqqınızı bizə halal edin ki, 30 ildən sonra torpaqlarımızı azad eləməyə getdiniz.
Çox istərdik ki, biz də gedək iştirak edək, nə olsa, bizə olsun, ancaq yaş dövrü ilə bağlı bizi qəbul etmədilər. Qədər, qismət, Allah onları seçdi. 26-sı axşam da şəhid xəbəri gəldi. Ağdamda Şəhidlər Xiyabanında dəfn edildi”.

"Dedi ki, mən getməyim, o uşaqlar da getməsin, bəs kim getsin?!” 

Şəhid atası deyir ki, İsrafil əvvəldən ön cəbhədə döyüşməyi arzulayırdı: 

“Özüm vaxtilə döyüşlərdə olmuşam. İsrafil də həmişə müharibə ilə maraqlanırdı. Döyüşə getmək üçün hərbiyə qoşulmuşdu. O, əslində, Ağdamda ön xətdə hərbiyə işə düzəlmək istəyirdi. Ona başa saldım ki, müharibə olanda hamımız gedəcəyik. Bakıda hərbidə işə düzəlmişdi. Sonradan da könüllü olaraq müharibəyə yollandı. Nə qədər ağrılı-acılı olsa da, o qədər də şərəfli və qürurludur”. 

Ana Səbinə İbrahimova deyir ki, hələ oğlunun şəhid xəbərini eşitmədən onun başına gələnləri hiss etmişdi:

“Oktyabrın 25-i mənlə danışdı. Hər dəfə onunla danışanda deyirdim ki, ehtiyatlı ol, ayağının altına bax. O da gülürdü, deyirdi ki, qismətimizdə nə varsa, onu da görəcəyik. Həqiqətən anaya agah olur. Həmin gün çox narahat idim. Özümə yer tapa bilmirdim. Namaz qılmağa getmişdim. İnanırsınız, elə bildim ki, kürəyim od tutub yanır. Atasına dedim ki, zəng vur, bir az danışım, səsini eşidim. Axşamı onun şəhid olması xəbəri gəldi.

İsrafil bizimlə danışanda deyirdi ki, mama, dua elə, sənin duaların bizi qoruyacaq. Deyirdim ki, ana qurban, mən hamınıza dua eləyirəm. 
Sentyabrın 26-sı günü çantasını yığıb gedəndə doldum, ağladım. Dedim, bəlkə getməyəsən?! Güldü, dedi ki, yox, mən getməyim, o uşaqlar da getməsin, bəs kim getsin?!” 

"Dedi, sevinmirsən ki, sənin oğlun bayraqda gələcək?!"

Atası deyir ki, İsrafil sonuncu doğum günündə dağın başında, döyüşlərdə idi:

“22 yaşı 16 oktyabrda Qubadlıda tamam oldu. Üstündən 10 gün keçdikdən sonra da şəhid xəbəri gəldi. Laçında Səfiyan kəndində şəhid olduğunu dedilər. 
Fikirləşirdik ki, nə zamansa qələbədən sonra biz Şuşaya qayıdacağıq. Arzusu toyunu Şuşada etmək idi. Qədər-qismət Allahdan. 
Hərbçi yoldaşları İsrafilin çox qorxmaz, mehriban, deyib-gülən olduğunu deyirlər. Danışırlar ki, yanımızda yaralananan, ya da şəhid düşən olanda məyusluq yaranırdı. İsrafil deyib-gülərək, əsgərlərin əhvali-ruhiyyəsini qaldırırmış. Deyirmiş ki, bizim hamımız ya şəhidik, ya qazi. Müharibədə yanındakılara təskinlik verirmiş”. 

S.İbrahimova oğlunun hələ kiçik yaşlarından hərbiyə olan marağını belə xatırlayır:

“O uşaq vaxtından oyuncaq alanda hərbi maşınlar seçirdi, ya da avtomat. Deyirdi ki, mən də hərbçi olacağam. Deyirdim ki, yox, olma, İsrafil. 
Onu yola saldığım günkü baxışlarını xatırlayanda kövrəlirəm. Üzümə baxdı, dedi ki, qismət olsa, sağ qalacağam, ya da qazi olacağam. Dedi, sevinmirsən ki, sənin oğlun şəhid olacaq? Qayıtdım ki, niyə elə deyirsən? Güldü, dedi, sevin ki, sənin oğlun bayraqda gələcək. Dedim, o nə sözdür deyirsən? 
Telefonla danışanda soruşdum ki, ad gününü yaxşı qeyd etdinmi? Güldü ki, dağın başında nə ad günü? Dedim, inşallah, gələrsən. Sənin ad gününü yaxşı keçirərik. Həmişə deyirdi ki, 25 yaşımı çox möhtəşəm qeyd edəcəyəm. Onun 25 yaşı Şəhidlər Xiyabanında çox möhtəşəm oldu. Həmin gün bir avtobus zəvvar gəlmişdi”.

"Oğlum döyüşə getməsəydi, özümə bağışlaya bilməzdim"

Şəhid atası oğlunu yola salmazdan əvvəl ona qəhrəman kimi qayıtmağı arzulayıbmış:

“Həmişə fikrim olub ki, özüm müharibədə iştirak edim. Torpaqlarımızın uzun illər işğal altında qalması bizə çox ağır gəlib. Nə qədər acı olsa da, qələbə bizə böyük bir təsəlli oldu, çox rahat olduq. Artıq “şəhidlərimizin ruhu şaddır” deyə bilirik.

İsrafil döyüşdə olanda telefonuma adsız bir nömrədən zəng gələndə istər-istəməz ağlıma şəhid olduğu gəlirdi.
Müharibəyə getməmişdən bir neçə gün qabaq İsrafili iş yerinə apardım. Yolda bu barədə çox danışdıq. Bilmirdik ki, müharibə hansı gün olacaq, amma inanırdıq ki, yaxın vaxtlarda nəsə ola bilər. Elə yolda ona öyüd-nəsihətim o oldu ki, çalış heç vaxt əsir düşmə, çünki əsirlik çox ağır şeydir. Dedim, inşallah, qəhrəmanlıq göstərərsən, qəhrəman olaraq qayıdarsan. Bizim arzularımız başqa, qədər başqa. Şükür, qələbəmiz oldu. 

Mən özüm 1992-1993-cü illərdə Füzuli, Qubadlı, Laçında döyüşlərdə olmuşam. İsrafil də mənim döyüşdüyüm yerlərdə döyüşüb. Onlar sona qədər getdilər, qələbəni bizə yaşatdılar.
Laçında, Suarası kəndlərdə döyüşüblər. Səfiyanda erməni tərəfdən atılan minomyot partlayışı nəticəsində bir neçə nəfər yaralanmışdı. İsrafil orada şəhid düşən 2 nəfərdən biri oldu.
Mənə ilk dəfə o xəbər gələndə “ Vətənimiz sağ olsun!” dedim. Xəbəri alandan sonra evə gəlirdim, öz-özümə dedim ki, Allahım, mənə güc ver, dayana bilim. İçərdə nələr olsa da, evə gələndə ağı deyənlərə, hay-küy salanlara dedim ki, bunlar bizim qəhrəmanlarımızdır. Allah bunları məsləhət bildi, torpaq yoluna, şəhid oldular. 
Mənə dedilər ki, sənin oğlun elə-belə şəhid olmayıb. Onların bir bölüyü 50-dən çox ermənini məhv ediblər. Sonradan onlar dağda-dərədə gizlənənlər də o minomyotlarla bizimkilərə atəş açıblar.

Sabahı günü dəfn eləyəndə də dedim ki, vətənimiz sağ olsun, Allah dövlətimizi, Ali Baş Komandanımızı qorusun. İnanın ki, səmimi olararaq bu gün də həmin sözləri deyirəm. 
Övlad acısı doğurdan çox ağırdır. İstəməzdim ki, övladım şəhid olsun, ancaq məni aparmadılar, İsrafil də döyüşə getməsəydi, özümə bağışlaya bilməzdim. Biz “Vətən”, “döyüş” deyib danışa biliriksə, bizdən kimsə müharibəyə getməsəydi, qəbul eləyə bilməzdim. Ona görə qələbəmiz bizə böyük güc təsəlli verir. Allah hamsının ruhunu şad eləsin. Bir şəhid atası olaraq, İsrafilin timsalında bütün şəhidlərimizə özümü borclu hesab edirəm”. 

“Vaxt gələcək hamı mənimlə fəxr edəcək”

S.İbrahimova danışır ki, kiçik çavuş olan İsrafili ailəsini qürurlandıracağını deyirdi:

“Bütün şəhid analarına deyirəm ki, bizim uşaqlarımız ən gözəl məqamdadırlar. Biz onlarla görüşəcəyik. O hiss gələndə, səsi, iyi gələndə övladın üçün darıxırsan, ağlayırsan. Özümə təskinlik verirəm ki, mənim oğlum ən gözəl zirvədədir və onunla o dünyada görüşəcəyik. 
Həmişə İsrafil deyirdi ki, vaxt olacaq, hamı mənimlə fəxr edəcək. Onun əmisi Mənsum İbrahimov müğənnilik edir. İsrafilin özünün də səsi vardı. O elə deyəndə gülə-gülə qayıdırdım ki, artist olacaqsan sən də? Deyirdi, yox, sözdür, danışıram.

Kasıblara əl tuturdu. Müharibəyə getməmişdən qabaq hava soyuq olan vaxtda gəldi şkafdan paltarlarını yığdı, apardı küçədə gördüyü yaşlı kişiyə verdi. Dedi, gördüm, pis oldum. Dedim, bəs İsrafil, sən özün nə geyinəcəksən? Qayıtdı ki, onsuz da müharibəyə gedirəm, qayıdanda özümə yenilərini alaram”.

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:46
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see230

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see144

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see143

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see142

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri