Şəhid bacısının tələbə sevinci
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Aysel Mürsəlzadə bu il tələbə adını qazanan gənclərdən biridir. Onun üçün bu uğurun xüsusi bir anlamı var. Çünki o, universitetə qəbul sevincini Vətən uğrunda şəhid olmuş qardaşının adını və ailəsinin qürurunu daşıyaraq qarşılayır.
Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Yaşar Ömərov universitetə yeni qəbul olunmuş şəhid bacısı Aysel Mürsəlzadə və onun atası Cəsur Mürsəlzadə ilə görüşüb.
Rektor Ayseli universitetə qəbul olması münasibətilə təbrik edib, ona yeni tədris ilində uğurlar arzulayıb. Görüşdə Ayselin fikirləri dinlənilib, onun universitetə uyğunlaşması və təhsil prosesi ilə bağlı məsələlər diqqətdə saxlanılıb.
Bildirilib ki, şəhid ailəsi üzvü olan Ayselə ATU-da təhsili müddətində hərtərəfli dəstək göstəriləcək.
Aysel Mürsəlzadə ATU-nun menecment ixtisasını seçib. Onun qardaşı Elməddin Mürsəlzadə 2020-ci ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Aysel indi universitet həyatına başlayır. Onun bu yolunda ailəsinin qüruru da, şəhid qardaşının adı da var.
Ailə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri
Gəncə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 11 Sentyabr 2026 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















