Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Şəhər səni böyüdər, kənd isə tamamlayar Şəhid bacısının doğruları

Şəhər səni böyüdər, kənd isə tamamlayar Şəhid bacısının doğruları

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bəzən elə gəlir ki, dünya dönmür, sadəcə biz fırlanırıq və nəyə doğru getdiyimizi bilmirik"

Jurnalistlərin bəlkə də hamısına doğma olan bir məkan var: BAMF - Beynəlxalq Avrasiya Mətbuat Fondu. Qarabağ ağrılarını, erməni vəhşiliklərini beynəlxalq mediaya çıxaran, Birinci Qarabağ müharibəsindən Zəfər gününə qədər xarici jurnalistləri düşmənin viran qoyduğu torpaqlarımıza səfərlərini təşkil edən Umud Mirzəyevin - Umud Rəhimoğlunun yaratdığı Beynəlxalq Avrasiya Mətbuat Fondu. Mən də bu quruma tez-tez qonaq gələn jurnalistlər sırasındayam. Və hər dəfə bu məkana gələndə fondun mənə də doğma olan əməkdaşları ilə - başda Umud müəllim olmaqla çox maraqlı söhbətlərimiz olur. Və bir gün bu məkanda yeni qurumun bir əməkdaşına rast gəlirəm: Gülşən Behbudova. Əslən qarabağlıdır. Ağdamın Gülablı kəndində doğulub.

Uşaq vaxtı bəxti onda gətirib ki, atası Gülablıda sayılıb-seçilən bir müəllim olub. 1941-45-ci illər müharibəsi veteranı bu müəllim uşaqlarını elmə, biliyə, vətən sevgisinə yönəldib və bu vətən sevgisi ermənilərin Qarabağa təcavüzü zamanı özünü real bir faktla göstərib: Gülşənin 33 yaşlı qardaşı Adil 1993-cü il iyulun 17-də Ağdam uğrunda döyüşlərdə şəhid olub. 

Doğrusu, mən Qarabağ uğrunda şəhid düşən çox əsgərlərimizi mətbuatdan tanıyıram. Gülablıdan olan Adili də eləcə. İndiyədək ancaq adını eşitdiyim şəhid Adilin bacısı Gülşən xanım indi qarşımda oturub və ömrünün ən acı bir faktını - qardaşının şəhidlik faktını gözləri dola-dola danışır. Mən bu şəhid bacısını göz yaşlarından uzaqlaşdırmağa cəhd edirəm. Ömrünün kənddən sonrakı - bu böyük şəhərdəki həyatından danışmağa yönəldirəm. Amma döndərə bilmirəm.

- Qardaşım şəhid düşəndə mən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində tələbə idim. Aylarla gözümün yaşı qurumadı. Bir tərəfdən fəxr edirdim ki, mənim belə bir qardaşım var, o biri tərəfdən onun Pərviz və Təbriz adlı iki oğlunun taleyi ağrıdırdı məni. Qardaşım erməni xislətinə yaxşı bələd idi. Ən azı kəndimizin çörəyini yeyib bu çörəyə xəyanət edən ermənilərin simasında. Bu xəyanətkarlara qarşı vuruşa getdi və Vətən yolunda şəhid oldu. 

Gülşən xanım göz yaşını silib söhbətin mövzusunu dəyişdi:

- Bir gün ağdamlıların sevdiyi Aqil Abbasla rastlaşdım. Altı il onun yaratdığı “Ədalət” qəzetində çalışdım. Jurnalistikanın, redaktənin, fərdi üslubun, insanlarla münasibətin, müsahiblə davranışın nə demək olduğunu bu qəzetdə öyrəndim. Aqil Abbas və onun həyat yoldaşı İradə xanım mənə doğmalarından biri kimi qayğı göstərirdilər. Hətta İradə xanım məni o vaxt özünün əməkdaşı olduğu “Space” telekanalında işləməyə dəvət etdi, ancaq mənim üçün bir ədəbi məktəb rolu oynayan “Ədalət”dən ayrıla bilməzdim...

Gülşən xanım danışdıqca mən onun bədii ədəbiyyata bağlılığı ətrafında düşünürəm. Bu şəhid bacısının poeziya yaradıcılığı bütün tematikası ilə Vətən sevgisinə bağlıdır. “Taleyim əlimdə qara yazıldı”, “Könül pıçıltıları”, “Qarabağın qarabəxtliləri”, “İcazə ver ölüm”, “Vətən ünvanlı”, “Yaşayan şəhid” kimi kitablarının elə adlarından Vətənə, Qarabağa, şəhid ünvanına ülvi bir sevgi notları duyulmaqdadır. 

Bu yaradıcı xanımın Dövlət Müdafiə Fondunda, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyində çalışması faktları onun ömür yolunun acıdan şirinə açılan qapılarıdır. 

Amma biz Gülşən xanımla sanki ömrünə Allahın lütfü olan bir məkanda - Beynəlxalq Avrasiya Fondunda - indiki iş yerində söhbət edirik. Söhbətə özü davam edir:

- “Atilla” adlı bir jurnal yaratmışdıq. Pandemiya dövründə o da bağlandı. Elə bir sərbəst vaxt yarandı ki, Ulu Öndərimizin yüz illiyinə həsr etdiyim “100 ilin İMZASI” kitabımı bitirdim. Bu da Tanrının verdiyi bir vaxt qisməti idi ki, mən ürəyimdə çoxdan yazdığım o kitabı tamamladım və çap etdirdim. Mənim fəaliyyətim və yaradıcılığımı Cənab Prezidentimiz “Tərəqqi” medalı ilə qiymətləndirdi. O günlərdə özümə uyğun bir iş axtarırdım və yenə də Tanrının qisməti ilə təsadüfən Avrasiya Fonduna gəldim. Bu da taleyimin qisməti oldu:

Özbək jurnalisti vardı: Şöhrət Barlas. Onunla əməkdaşlığımız, iş birliyimiz vardı. 2023-cü ildə Bakıya gəlmişdi, mən işlə bağlı onun qonaq olduğu ofisə gedəsi oldum. Sən demə, ofis BAMF imiş. Bu qurumun rəhbəri Umud Mirzəyevi tanıyırdım, tədbirlərdə, görüşlərdə görürdüm, salamlaşırdıq. Amma nə iş gördüyünü bilmirdim. Gəldim, görüşdüm, qurumla maraqlandım, Umud Mirzəyevin gördüyü işlər kimi, özünün də nə qədər böyük adam olduğunun şahidi oldum. Məəttəl qaldım gördüyü işlərə, çünki onun Vətən üçün gördüyü işlərin misli-bərabəri yox idi. Çox sadə, təvazökar, reklamdan uzaq bir şəxsiyyət kimi tanıdım. Hətta o zaman Şöhrətə dedim ki, nə əcəb mənə danışmamısan, tanıtmamısan Umud müəllimi? Dedi o, sevmir reklamı, tanıtımı.

Gülşən xanım taleyin bu “qismətindən” danışdı:

- Üzərindən bir il keçmişdi, bir gün mənə zəng gəldi. Umud müəllim idi. “Gülşən, qızım, vaxtınız olanda bizim ofisə yaxınlaşarsız” dedi. Getdim yanına və mənə iş təklif etdi. Çox sevindim və artıq iki ilə yaxındır ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Media məsələləri üzrə məsləhətçi kimi çalışıram və "EdnewsTV" - “Vətəndaş mövqeyi”nə aparıcılıq edirəm.

Gülşən xanımın aparıcılıq etdiyi "EdnewsTV" və BAMF-nin beş dildə yayımlanan saytı Azərbaycan həqiqətlərini beynəlxalq dünyaya çatdırır. Gülşən xanımın "EdnewsTV"-dəki aparıcılığı o qədər peşəkar və müsahiblərlə münasibətdə o qədər maraqlıdır ki, onu tanıyan və bu TV-yə bələd olan hər kəs müsahibəyə çox həvəslə qoşulur.

Gülşən xanımın hər söhbətində qəribə fəlsəfi notlar hiss edirəm və verdiyim yeni suala cavab özüm də bir fəlsəfi ovqat axtarıram:

- Maraqlı bir ömür yaşamaqdasınız, Gülşən xanım, sizcə, dünya hara gedir?

- “Dünya hara gedir?” Bu həm fəlsəfi, həm sosial, həm də şəxsi bir sualdır. Qısa cavab yoxdur, amma bir neçə istiqamətdə çalışaram cavablandırım. Süni intellekt, robotlaşma həyatın bütün sahələrini dəyişir. İnsanların sosiallaşma forması dəyişir. Fiziki həyatla rəqəmsal həyat arasında sərhədlər qarışır. Dünya hara gedir? Məncə, hər kəs öz içindəki boşluğa doğru qaçır. Bəzən elə gəlir ki, dünya dönmür, sadəcə biz fırlanırıq və nəyə doğru getdiyimizi bilmirik. Dünya o qədər dəyişir ki, sabahın necə olacağını təxmin etmək belə çətindir.

Bu məqamda mən uşaq həyatı kənddə, sonrakı illəri bu böyük şəhərdə keçən Gülşən xanıma daha bir sual verirəm.

- Kənd, yoxsa şəhər?

- Kənd qızıyam, kənddə doğulmuşam, böyümüşəm, xatirələrim var. Milləti millət edən milli-mənəvi dəyərlər tarixən kənddə formalaşıb. Kənddə həyat sadədir, kənd insanın içindəki səs-küyü susdurur. Sükutun ən gözəl səsləndiyi yer kənddir. Şəhər səslidir, amma bəzən içində ən çox təkliyi yaşayırsan. Bakıda bilmişəm ki, şəhər hər küçəsində min hekayə gizlənən böyük bir dünyadır. Şəhər insanı dəyişdirir, amma xatirələr yenə də kənddə qalır. Kənd ruhu sakitləşdirir, şəhər isə əsəbiləşdirir. Kənddə həyat yavaş, şəhərdə isə nəfəs qədər sürətlidir. Kənddə xoşbəxtlik sadədir. Şəhər səni böyüdər, kənd isə tamamlayar. Kənddə gün batımı başqa cür olur, sanki günəş belə sakit-sakit qəlbini isidib gedir. Təbiətin qucağında insan özünü daha çox sevilmiş hiss edir. Kəndin sükutu bəzən adama ən xoş və ən ağır xatirələri yenidən yaşadır. Kənddə bir gün elektrik getsə, bütün kənd bir-birini haraylayır. Şəhərdə 3 gün getsə, hər kəs öz mənzilinin problemini yaşayır. Kənddə “qonşuda toy var” deyib özün dəvətsiz gedirsən, şəhərdə toyu olan “qonşu”nun kim olduğunu belə bilmirsən. Şəhərin izdihamında ən böyük təkliyi tapırsan....

Gülşən xanımım bu fəlsəfi düşüncələrini jurnalistikaya yönəldirəm və belə bir sual; 

- Sosial şəbəkə, yoxsa sosial şəbədə?

- Sosial şəbəkələr həyatımızın vitrini kimidir, çox şey süni və düzəltmədi. Feyk xəbər, yoxlanmamış fakt! Baxanda görürsən ki, bəzən çox şey sadəcə şəbədədir. Kim nə istəyir yazır, kim nə düşünür deyir, kim nə görürsə paylaşır. Sonda isə həqiqət yox olur. Görünür, ən çətini real olmaqdır, həm sosial şəbəkədə, həm də həyatda. Bəzən sosial şəbəkə insanları birləşdirir, şəbədə isə ayırır. Bir post yazırsan, şərhlərin çoxu şəbədə təsiri bağışlayır. Düşünürəm ki, sosial şəbəkə hər kəsin öz aynasıdır, simasıdır. Nə edirsən et, nə yazırsan yaz, anlayan anlayır, anlamayan min şəbədə qoşur və bu şəbədə qoşan da özünü göstərir.

Gülşən xanımla söhbətimizi onun bədii yaradıcılığa sevgisi ilə davam etdiririk. Onun müasir bədii ədəbiyyata münasibətini öyrənmək istəyirəm.

- Ədəbiyyat dəyişən cəmiyyətin aynasıdır, zaman dəyişdikcə üslub, mövzu və forma da dəyişir. Tarixi yaddaş ədəbiyyatda daha maraqlı əsərlərə yol açır. Müasir ədəbiyyat cəmiyyətin problemlərini daha açıq və cəsarətli şəkildə göstərir. Dil daha sərbəstdir, ifadə tərzləri yenidir. Mövzular daha real, gündəlik həyatla bağlıdır, psixologiya, şəxsiyyət böhranı, texnologiya təsiri və s. Gənc nəsil özünü bu yazılarda daha rahat tapır. Müasir bədii ədəbiyyat həm də dərketmə prosesini gücləndirir, insan öz iç dünyasını daha aydın görməyə başlayır. Hər dövrün öz klassikləri, öz zəif əsərləri olur, müasir dövrdə də eynidir. Bütün zamanlarda olduğu kimi müasir günlərimizdə də “atalar və oğullar” problemini yaşayırıq: Atalar “oğulları” hələ yetişməmiş, oğullar “ataları” artıq köhnəlmiş kimi təsəvvür edirlər.

Amma “oğullar” nəzərə almalıdırlar ki, klassikadan yan keçmək olmaz. Nizamidən tutmuş Mirzə Cəlilədək güclü klassik məktəblərimiz var. Bu günün Anarı, Elçini, Sabir Azərisi, Mövlud Süleymanlısı, İsa Muğannası.... bunların hamısı ilk növbədə klassikaya söykəniblər. Müasir şair və yazıçılarımızın da öyrənc yerləri var və gərək bunu heç vaxt unutmasınlar.

Gülşən xanımla söhbətimizi onun bir zaman əməkdaşı olduğu “Ədalət” qəzetindəki iş yoldaşlarından birinin – Faiq Qismətoğlunun sözləri ilə bitirmək istədim!

- Gülşən xanımla bir neçə il birgə fəaliyyət göstərmişik. Onda Vətən yolunda şəhid olan qardaşı Adil qədər Azərbaycan sevgisi var. Onun bütün yazılarına, poeziyasına, kitablarına yaxından bələdəm. Gülşən bir insan kimi, bir xanım kimi Günəş işığına bürünmüş bir varlıqdır!  

 Söhbətləşdi: Cahangir Məmmədli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Dekabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see494

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see396

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see331

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see288

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see242

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see213

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see196

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see181

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see140

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see129

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri