Icma.az
close
up
RU
ŞƏHİD BACISININ TORPAĞI ZƏBT EDİLİB Qusar sakini Pirverdiyevin qohumlarını ittiham edir

ŞƏHİD BACISININ TORPAĞI ZƏBT EDİLİB Qusar sakini Pirverdiyevin qohumlarını ittiham edir

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qusar rayonu, Yuxarı Ləgər kənd sakini Quliyeva Lətafət Balaverdi qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, “Azərenerji” ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevin qaynı Xammədov Hikmət Həcənməd oğlu və əmisi oğlu, keçmiş icra nümayəndəsi Xammədov Kazım Məhsim oğlu əlbir olaraq, onun 1.77 ha torpaq sahəsini ələ keçiriblər:

“Mən, Quliyeva Lətafət Balaverdi qızı, yazaraq bildirirəm ki, haqsızlığa uğramışam. Özüm şəhdi bacısıyam. Oğlum Quliyev Turan Qırım oğlu 44 günlük Vətən müharibəsinin iştirakçısıdır, veterandır.

Bildirim ki, ailəmizə məxsus 1.77 ha torpaq sahəmizə “Azərenerji” ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevin qaynı Xammədov Hikmət Həcənməd oğlu və əmisi oğlu, keçmiş icra nümayəndəsi Xammədov Kazım Məhsim oğlu, əlbir olaraq, saxta sənəd çıxarıblar. Həmin torpaq sahəmi Quba Rayon sakini Mehdiyev Bahadır adlı şəxsə satmışlar.

7 ildir bütün rəsmi qurumlara şikayət etsəm də, baxan yoxdur. Hikmət Xammədov deyir ki, “hara istəyirsən şikayət elə, arxamda dayanan adamım var”.

Keçirilən bütün məhkəmə proseslərində iştirak etmişəm. Saxta sənədlərin hər birini sizlərə də təqdim edəcəm. Qarşı tərəf məhkəmədə iştirak etməyib. Torpağa aid bütün sənədər məndədir. Bu günə qədər vergisini də mən ödəyirəm. 18.06.2025-ci il üçün 117 manat vergi gəlib. 

Əllərində olan saxta müqavilənin yarısı çap maşını, yarısı isə komputerlə yazılıb.

Atamla anam boşanmadığı halda, onları sənəddə boşanmış göstəriblər. Guya atamla anam ayrılıb, mən və qardaşıma isə atılmış uşaqlar kimi saxta qəyyumluq alıblar.

Maraqlısı isə budur ki, həmin qəyyumluq arxivdə aşkarlanmayıb. Bizim dövlət qurumları bu qədər saxtakarlığa imza atır. Bütün bu dediklərimə dair əlimdə sənədlərim var". 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 İyul 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri