Icma.az
close
up
RU
Şəhid atasının torpağı zəbt edilib? FOTO

Şəhid atasının torpağı zəbt edilib? FOTO

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Şəhid ailəsi onlara məxsus olan həyətyanı torpaq sahəsinin zəbt edildiyini iddia edir. 

Avtosfer.az xəbər verir ki, qafqazinfo-ya müraciət edən şəhid Saleh Səfərovun atası Səfərov İrzəxan Həmzəxan oğlu bildirib ki, ona məxsus 0.06 ha həyətyanı torpaq sahəsi Masazır bələdiyyəsi tərəfindən qanunsuz olaraq ələ keçirilib.

Ata deyir ki, Masazır bələdiyyəsinin 16.04.2007-ci tarixli, 17 saylı qərarına əsasən, alqı-satqı müqaviləsi ilə İslamova Zümrüd Rəşid qızına verilmiş 0.06 ha həyətyanı torpaq sahəsini notarial qaydada 24.12.2024-cü ildə alıb.

Daha sonra torpağı rəsmi olaraq adına keçirmək üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestrinə müraciət edib: “Qurumun 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən isə bildirildi ki, torpaq başqa vətəndaşa məxsus torpaq sahəsilə üst-üstə düşdüyündən çıxarış almaq mümkün deyil. Qanunla mənə məxsus olan torpaq sahəsi Masazır bələdiyyəsi tərəfindən başqa şəxsə satılıb. Bu işdə hətta Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin keçmiş müdiri Elvin Quliyevin də əli olub”. 

Məsələyə aydınlıq gətirmək üçün Abşeron rayonu Masazır bələdiyyəsinin sabiq sədri, hazırda isə sədr müavini olan Elşad Sadıqovla əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab vermədi.

Yeni seçilən bələdiyyə sədri Firdovsi Cəlalov isə suallarımızı belə cavablandırdı: “Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bununla bağlı cinayət işi açılıb. Dünən də məhkəmə iclası olub, hazırda proses davam edir. Bəzi lazım olan sənədlər də təqdim ediləndən sonra növbəti məhkəmə iclası keçiriləcək”.

Qeyd edək ki, Saleh Səfərov 44 günlük Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Mart 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri