Şəhid əsgər Samrad Eynəliyevin xatirəsinə anım mərasimi keçirilib FOTOlar
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində 2023-cü il 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər Eynəliyev Samrad İkram oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Milli.Az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirə Müdafiə Nazirliyi, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri qatılıb. Mərasimdə öncə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər şəhidimizin xatirəsinin hər zaman xalqımızın yaddaşında yaşayacağını və onun qürurla anılacağını vurğulayıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 06 Aprel 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















