Icma.az
close
up
RU
Şəhid İlqar Baxışovun anası: Onun Vətənə olan sevgisini xatırladıqca qürur hissi keçirirəm

Şəhid İlqar Baxışovun anası: Onun Vətənə olan sevgisini xatırladıqca qürur hissi keçirirəm

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Füzuli, 30 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

Vətən müharibəsi şəhidi İlqar Baxışov böyük ruh yüksəkliyi ilə həqiqi hərbi xidmətə yollanıb. Xidməti dövründə intizamı və məsuliyyəti ilə seçilib. Vətən müharibəsi başladığı vaxt ilk döyüşə atılanlardan olub. Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

İlqar Baxışov 2000-ci ildə Horadiz şəhərində dünyaya göz açıb. Böyükdən kiçiyə hər kəsin sevgisini qazanan İlqar həm də əxlaqı və zəhmətkeşliyi ilə seçilib.

Şəhidin anası Vəsilə Baxışova AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində oğlunun həyat yolundan danışıb. Deyib ki, o, uşaqlıqdan çox bacarıqlı və istedadlı idi. Orta məktəblə yanaşı, musiqi təhsili də alırdı. Hər iki məktəbi uğurla bitirdi. İlqar mehriban, mərd və Vətəninə bağlı bir övlad idi. Əziyyətdən qorxmaz, dərslərindən sonra atasına kömək edərdi. Böyük ürəyə sahib idi, hər kəsə kömək etməyi sevərdi.

“Məktəbi bitirdikdən sonra İlqar böyük ruh yüksəkliyi ilə həqiqi hərbi xidmətə yollandı. Vətən müharibəsi başlayanda xüsusi şücaəti ilə seçilib. Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucaldı. İlqarın ömrü qısa olsa da, mərdliyi, qorxmazlığı və Vətən sevgisi dastanlara bərabərdir. Oğlumun şəhid olduğu an mən elə bildim ki, daha yaşaya bilmərəm. Lakin onun Vətənə olan sevgisini və bu torpaq uğrunda canını fəda etməsini xatırladıqca qürur hissi keçirirəm. Çünki İlqar bizləri sevdiyi qədər, bəlkə də ondan da çox, Vətənini və Bayrağını sevirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı sayəsində bu gün ərazi bütövlüyümüz bərpa olunub, illərin həsrəti sona yetib”, - deyə şəhid anası bildirib.

Şəhidin atası Adışirin Baxışov da oğlundan qürurla danışır: “İlqar uşaqlıqdan zəhmətkeşliyi ilə seçilirdi. Valideyn sözündən çıxmazdı. Mən işdə olanda dərslərini bitirən kimi gəlib kömək edərdi. Ata-övlad arasında bəzən inciklik olur, amma İlqarla heç vaxt belə hal yaşamadıq. Hər zaman anlayışlı və məsuliyyətli idi. Xidmətdə olarkən məzuniyyətə buraxılmışdı, amma həmin 10 gün ərzində belə bir an istirahət etmədi. Həyətdə, evdə, bacada iş görməkdən yorulmazdı. Komandirləri onun nizam-intizamından, əxlaqından danışırdı. Müharibə başlayanda isə İlqar ön cəbhədə idi və düşmən təxribatının qarşısının alınmasında göstərdiyi igidliklə seçildi. Suqovuşan istiqamətində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid oldu”.

Qeyd edək ki, İlqar Baxışov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:30
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see207

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see171

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri