Icma.az
close
up
RU
Şəhid ailəsinə hörmət, Vətənə sədaqət

Şəhid ailəsinə hörmət, Vətənə sədaqət

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İkinci Qarabağ müharibəsi başlayanda xalqımızın qeyrətli, vətənpərvər övladları, yaşından asılı olmayaraq, Ana Vətənin harayına qələbəyə inam hissi ilə səs verib, 30 il düşmənə əsir düşən torpaqların azadlığı uğrunda əlində silah odun, alovun içinə girdilər. 44 günə qana susamış düşməni qanda boğub, öz canları bahasına bizə qələbə sevincini yaşatdılar. Onların bu misilsiz hünəri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmaqla bərabər, həm də millətinin mənliyini, kimliyini bir daha bütün dünyaya göstərdi.

Bəli, ölümün gözünə dik baxan, ağır müharibə meydanında əzm, qeyrət, fədakarlıq göstərib torpağı Vətən edən, qazanılan parlaq qələbəmizin qəhrəmanlıq simvoluna çevrilən, əzəl gündən ürəkləri Azərbaycana sevdalanan, şərəfli ölümləri ilə ölümsüzlük qazanan qız və oğullarımızı yad etmək, xatirəsini əziz tutmaq həmişə hər birimizin ən müqəddəs borcu olmalıdır. Astara Pedaqoji Kollecində bu ənənə saf məhəbbətə, ehtirama tapınmaqla davam edir və ürəklərdə Vətənə, doğma torpağa ilahi bir sevgi yaradır...

Kollecin direktoru, professor, şəhid atası Kamran Kazımov, eləcə bir qrup əməkdaşı, Astara Təhsil Sektorunun müdiri Xədicə Əliyeva növbəti dəfə 44 günlük haqq savaşımızda sinəsini Vətənə sipər edib, şəhidlik zirvəsinə ucalan Nurlan Fərəməzovun anım günü münasibətilə ailəsinə baş çəkiblər. Ziyarətçilər, həmçinin şəhid Arif Qeybiyevin anası Rəna xanımı ad günü münasibətilə təbrik etməkdən ötrü onu halal ailə ocağında oldular, qəhrəman şəhidimizin xatirəsini böyük ehtiramla yad etdilər, Rəna xanıma möhkəm sağlamlıq, səbir və uzun ömür arzuladılar.

Kamran müəllim söhbət əsasında bildirdi ki, Şəhidin anasını ad günü münasibətilə ziyarət etmək mənəvi baxımdan önəmli bir addımdır. Bu cür görüş həm şəhid ailəsinə hörmətin, həm də Vətənə sədaqətin ifadəsidir. Rəna xanım bizim kollecdə çalışır, Azərbaycan qadınına məxsus olan bütün yaxşı keyfiyyətlər onun xasiyyətində cəm olunub. Vətənini sevən, ailəsinə bağlı, nəcib əməllərinə görə el-obanın gözündə ucalan dəyərli bir insandır...

Məlumat üçün qeyd edək ki, Nurlan Fərəməzov 1992-ci ildə Astara rayonu, Təngərüd kəndində dünyaya gəlib. Orta məktəbdən sonra, yəni 2009-2015-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Hərbi Tibb fakültəsində təhsil alıb. Gədəbəydə, Tovuzda 6 il hərbi həkim vəzifəsində çalışıb. 2020-ci ilin avqust ayında səhhəti ilə bağlı hərbi xidmətdən tərxis olunub. Buna baxmayaraq, Vətən müharibəsi başlanan kimi könüllü yenidən döyüşən cəbhəyə yollanıb. Ən qaynar nöqtələrdə yağıya qarşı qəhrəmanlıqla vuruşub. Oktyabrın 9-da tibb xidmətinin baş leytenantı Nurlan yaralı hərbiçiləri savaş meydanından çıxararkən başdan ciddi zədə alıb. Amma son nəfəsinə qədər düşmənlə vuruşub, çoxlu qan itirib və əbədiyyətə qovuşub. Zəfər şəhidi ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, Füzulinin və Cəbrayılın azadlığı uğrunda medallara layiq görülüb.

Keçdiyi rəşadətli döyüş yolunun hər səhifəsi mərdliklə, igidliklə dolu olan Arif Qeybiyev Astaranın Səncərədi kəndində boya-başa çatıb. Astara Pedaqoji Kollecinin məzunu olan Arif idmanın atletika növünə maraq göstərib. Rayon, ölkə üzrə yarışlarda ilk üçlüyə düşüb. 2015 Avropa oyunlarda iştirak edib. Kross qaçışı üzrə üçqat Azərbaycan çempionu, Atletika üzrə gənclər arasında Azərbaycan çempionu və Yeniyetmələr arasında Respublika çempionu olub.

Arif 2016-ci ildə ordu sıralarına çağırılıb. Vətənə nümunəvi xidmət göstərməklə tanınıb. Əsgərliyi başa vuranda yenidən hərbidə xidmət etmək üçün sənəd verib.
2018-ci ilin oktyabrında hərbi kursa çağırılıb. Tankçı peşəsinə yiyələnib. 44 günlük haqq savaşımızda Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibə meydanında yoldaşının tankı minaya düşüb. Bu vaxt Arif öz tankından enib 100-200 metr aralıda olan tanka çatıb, onu xilas etmək istəyərkən snayper gülləsinə tuş gəlib. Müharibədə göstərdiyi qəhrəmanlığı ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azadlığına görə” medallar ilə təltif olunub.

Zəfər Orucoğlu

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Oktyabr 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri