Icma.az
close
up
RU
Şəhid anası: Büsatın bayrağa, Vətənə olan sevgisi sonsuz idi

Şəhid anası: Büsatın bayrağa, Vətənə olan sevgisi sonsuz idi

Icma.az, Azertag saytına istinadən bildirir.

Füzuli, 4 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

44 günlük Zəfər yürüşü zamanı düşmən tərəfinin illərdir möhkəmləndiyi cəbhə xəttinin yarılmasında canını fəda edən şəhidlərimizdən biri də Büsat Qurbanovdur. 20 yaşlı tankçı Büsat düşmən üzərinə hücuma keçən zaman açılan atəşə baxmayaraq dayanmayıb və düşmən səddinin yarılaraq döyüş yolunun açılmasında şücaəti ilə seçilib və həmin döyüşdə də şəhid olub.

AZƏRTAC-ın bölgə müxbiri Büsat Qurbanovun valideynləri ilə həmsöhbət olub, Büsat haqqında xatirələri qələmə alıb.

İndi onun yaşadığı evdə bir otaq ayrılıb. Bu otaq hər bir ziyarətçiyə Büsatın yarımçıq qalmış arzularından, xatirələrindən söz açır. Həmin otağa daxil olanda 20 yaşlı şəhidin Vətən sevgisinin necə tükənməz olduğu hiss edilir. Qurbanov Büsat Əfsər oğlu 2000-cı ildə Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində dünyaya göz açıb. Büsat orta məktəb illərində də vətənpərvərliyi ilə seçilib. Ruh yüksəkliyi ilə hərbi xidmətə yollanıb, daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmətçi kimi Vətən keşiyində dayanıb.

Şəhid atası Əfsər Qurbanov oğlu Büsatın qısa və şərəfli həyat yolundan qürurla danışır. "Büsat orta məktəbi bitirdikdən sonra 2018-ci ildə həqiqi hərbi xidmətə yollandı və layiqincə Vətən keşiyində dayanaraq xidmətini başa vurdu.

Büsat Vətənə, bayrağa bağlı idi ona görə də xidməti başa vurandan sonra yenidən ordu sıralarına qayıtmaq istəyirdi. O, bu istəyini mənə bildirdi və icazə istədi ki, müddətdən artıq hərbi qulluqçu olaraq Vətən keşiyində dayansın. Onun istəyinə mane olmadım. Büsatın sanki ən böyük arzusu gerçəkləşmişdi, tankçı olaraq xidmətə başladı. Sentyabrın 27-də düşmənin təxribatına qarşı ordumuz tərəfindən başlanan əks hücumda Büsat da tankçı olaraq ilk döyüşdə iştirak etdi. Ön cəbhənin yarılmasında Büsat xüsusi şücaəti ilə seçilənlərdən oldu. Onun Vətən sevgisi o qədər güclü idi ki, son damla qanına qədər döyüşdü və qarşıya qoyulan tapşırığı icra edərək şəhid oldu. Bu gün Büsat kimi şəhidimizin qanı-canı bahasına azad olunan torpaqlarımız artıq azaddır və şəhidlərimizin xatirəsi və qəhrəmanlığı əbədi olaraq yaddaşlarda qalacaq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusu hərb meydanında sözün əsl mənasında tarix yazdı. Allah Bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin”.

Şəhid anası Lətafət Quliyeva deyir ki, Büsat şəhadəti ilə evdən yox, eldən gedən qəhrəmana çevrilib "O, uşaqlıdan Vətənə, bayrağa, millətə bağlı bir övlad idi. Büsatın aprel döyüşlərində hələ 16 yaşı var idi, həmin qələbə vaxtı kəndimizin yaxınlığındakı yüksəkliyə bayraq sancdı, həmin bayraq bu gün də orda dalğalanır. Büsatın bayrağa, Vətənə olan sevgisi sonsuz idi. Hərbiyə də öz istəyi ilə yazılmışdı, Vətən uğrunda da canını fəda edərək şəhidlik məqamına ucaldı. Bu gün Büsat və digər şəhidlərimizin ruhu şaddır, çünki illərin həsrətinə son qoydular, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etdilər. Onlar həm də gələcək nəsillərə məktəb oldular. Şəhidlərimiz ölməzlik qazanan qəhrəmandırlar və hər zaman xatırlanacaqlar.

Qeyd edək ki, Qurbanov Büsat Əfsər oğlu döyüşlərdə göstərdiyi şücaətə görə, "Vətən uğrunda", Cəsur döyüşçü" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri